Icma.az
close
up
RU
Onun ən böyük vəzifəsi Etibar Babayev olmaqdır Aqil Abbas yazır

Onun ən böyük vəzifəsi Etibar Babayev olmaqdır Aqil Abbas yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Aqil ABBAS

Məndən cəmi üçcə yaş böyükdü. Dekabrın 15-də 75 yaşı tamam olacaq. Amma ilk tanıdığım gündən –  50 il bundan qabaqdan danışıram, yəni cavan oğlan idi, ona ağsaqqal kimi baxırdım. Təbii ki, ağsaqqallıq yaşa baxmır, o, öz mədəniyyəti ilə, səmimiyyəti ilə, geniş dünyagörüşü ilə, ədəbi ilə qazanmışdı hələ gənc yaşlarından ağsaqqallığı. 

Bir komsomol təşkilatı vardı, təbii ki, bu təşkilatda işləyənlər gənclər idi. Çox təmiz təşkilat idi, bu təmiz təşkilatda da təmiz oğlanlar işləyirdi və komsomol çörəyi yeyirdilər, yəni təmiz çörək.  Rüşvətdən uzaq, intriqalardan uzaq, yalnız mehribançılığı və səmimiyyəti özündə ehtiva edən bir çörək. Və bu komsomol dostluğu əsgər dostluğu kimi bir şeydi. İnsan heç vaxt  əsgərlik dostlarını ömrünün sonunadək unutmadığı kimi, bu komsomol dostluğu da ömrünün sonunadək davam edir. Çünki  təmənnasız dostluqdur. 

Bu təşkilatın dağılmasından təxminən 35-36 il keçsə də, amma həmin dostluq bu gün də unudulmur. 

Çox təəssüf ki, indi Azərbaycan gənclərini birləşdirən belə bir təşkilat yoxdur. Məsələn, Gənclər Nazirliyi var, amma bütün Azərbaycan gənclərini öz ətrafında birləşdirə bilməyib. Burda siyasi partiyaların da günahı var, çünki hər partiya özü üçün bir gənclər təşkilatı yaradıb. 

Etibar Babayevlə komsomol dostluğum yoxdur, çünki onda Etibar müəllimi görəndə kənara çəkilib yol verirdim, bəlkə də heç məni tanımırdı.  Onda mən Komsomol Mərkəzi Komitəsinin xətti ilə  bir jurnalist kimi Baykal-Amur Magistralına bir aylıq ezamiyyətə göndərilmişdim. Yəni ömrumün təxminən altı ayını Komsomolun Mərkəzi Komitəsində ştatdankənar çalışdım. 

Onda Etibar Babayevə həsədlə baxırdım. Çünki o, Azərbaycanın görkəmli şairi Adil Babayevin oğlu idi. 

Sonralar onu Bakı şəhər Partiya Komitəsinə apardılar, orda çalışanda da qapısı həmişə ədəbiyyat, mədəniyyət və incəsənət işçilərinin üzünə açıq idi. Hamısına kömək etməyə çalışırdı. 

Tale elə gətirdi ki, müəyyən vaxt keçdi biz Etibar Babayevlə ailəvi dost olduq. Bir-birimizin evini öz evimiz saydıq, Etibar Babayevin anasını da anamız. Novxanıdakı bağ evində anası Gülnar xanımın hazırladığı gözəl təamların dadı adamın damağından getmir. Mənim anam da belə gözəl, dadlı yeməklər bişirərdi. 

SSRİ dağıldı, həmin illərdə Türkiyə ilə münasibətimiz indiki kimi qardaşlıq səviyyəsində deyildi. Süleyman Dəmirəl Allahın bir vertolyotunu da bizə qıymadı. Həmin illərdə Etibar Babayev Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin yaranmasında böyük bir rol oynadı. Sanki Türkiyənin Azərbaycandakı, Azərbaycanın isə Türkiyədəki səfiri idi. Türkiyənin sənət adamlarının, mədəniyyət xadimlərinin  Azərbaycana, Azərbaycanın sənət və mədəniyyət şəxsiyyətlərinin Türkiyəyə ayaq açmasında Etibar Babayevin çox mühüm rolu oldu. 

Xalqımızın çox sevdiyi Barış Manço tez-tez Etibar müəllimin dəvəti ilə Bakıya gəlirdi və xalqımıza böyük məhəbbətini izhar edirdi. 

Ulu Öndər Heydər Əliyev  Etibar Babayevin Türkiyə və Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində göstərdiyi əməyi çox yüksək qiymətləndirirdi. Bəlkə də Etibar Babayev yeganə adam idi ki, ürəyi istəyəndə Heydər Əliyevin yanına gedib-gələ bilirdi. 

Azərbaycanda «Space» radiosunun təsisçisi  oldu və yaratdı. Sonra isə gərək ki, 2001-ci ildə «Space» televiziyasına sədr təyin edildi. Bu kanal başqa kanallardan fərqləndi. Əsl  bir ziyalı kanalına çevrildi, səhər proqramından tutmuş gecə kanalına qədər. «Space» dövlətçilik, mədəniyyət, incəsənət və bir ziyalı kanalı idi. Onun zamanında Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında bir çox sənədli filmlər çəkildi. Çox təəssüf ki, indi o filmlər göstərilmir. Mənim üçün çox xoşdur ki, daha doğrusu, fəxr edirəm ki, o tarixi sənədli filmlərin altısı mənim xanımım İradə Tuncayın yaratdığı filmlər idi. 

Çox təəssüf ki, ömrünün ən müdrik çağlarında, təxminən 55 yaşında televiziyadan ayrıldı, daha doğrusu, ayırdılar. Və iyirmi ildir ki, belə bir ziyalı, belə bir işıqlı adam heç harda işləmir. 

Amma təəssüf etməyə dəyməz, onun ən böyük vəzifəsi elə Etibar Babayev olmaqdır ki, bu vəzifəni də ləyaqətlə daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Dekabr 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri