Icma.az
close
up
RU
OPEC dünyanın ən çox neft ixrac edən ölkələrini açıqlayıb ABŞ birincidir

OPEC dünyanın ən çox neft ixrac edən ölkələrini açıqlayıb ABŞ birincidir

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Ötən il dünyanın ən böyük neft ixracatçısı ABŞ olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat OPEC-in 2026-cı il üçün hazırladığı “İllik Statistik Bülleten”də yer alıb.
Məlumatlara görə, ABŞ sutkada 10 milyon 714 min barel neft ixrac edib. Bu, dünya üzrə ümumi neft ixracının 14 faizinə bərabərdir.
İkinci yerdə Səudiyyə Ərəbistanı qərarlaşıb. Ölkə sutkada 7 milyon 915 min barel neft ixrac edib və qlobal ixracın 10,3 faizini təşkil edib.
Rusiya sutkada 6 milyon 634 min barel ixracla üçüncü yerdədir. ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyanın birlikdə dünya neft ixracındakı payı 33 faizə çatıb.
Kanada 4 milyon 129 min barellə dördüncü, Birləşmiş Ərəb Əmirlikləri isə 3 milyon 901 min barellə beşinci yerdə qərarlaşıb.
ABŞ-nin neft ixracında lider mövqeyə yüksəlməsində şist nefti hasilatının artması mühüm rol oynayıb. Üfüqi qazma və hidravlik qırılma texnologiyaları ölkədə neft hasilatını genişləndirib. 2015-ci ildə xam neft ixracına tətbiq olunan məhdudiyyətlərin əksəriyyətinin aradan qaldırılması isə xarici bazarlara çıxışı artırıb.
Regional göstəricilərə görə, Yaxın Şərq 2025-ci ildə sutkada 22 milyon 359 min barel neft ixrac edib. Bu, dünya üzrə ümumi ixracın 29,2 faizinə bərabərdir.
Avropa sutkada 16 milyon 50 min barellə ikinci, Şimali Amerika isə 15 milyon 684 min barellə üçüncü yerdədir.
Asiya-Sakit okean regionunun ixracı sutkada 10 milyon 853 min barel, Afrikanın ixracı 6 milyon 88 min barel, Mərkəzi və Cənubi Amerikanın ixracı isə 5 milyon 556 min barel təşkil edib.
2025-ci ildə dünyada ümumi neft ixracı sutkada 76 milyon 588 min barel olub.
2025-ci ildə ən çox neft ixrac edən 26 ölkə aşağıdakı kimi olub:
ABŞ – 10 714 min barel (14%)
Səudiyyə Ərəbistanı – 7 915 min barel (10,3%)
Rusiya – 6 634 min barel (8,7%)
Kanada – 4 129 min barel (5,4%)
Birləşmiş Ərəb Əmirlikləri – 3 901 min barel (5,1%)
İraq – 3 478 min barel (4,5%)
Küveyt – 2 409 min barel (3,1%)
Braziliya – 2 353 min barel (3,1%)
Hollandiya – 2 111 min barel (2,8%)
İran – 2 083 min barel (2,7%)
Norveç – 2 005 min barel (2,6%)
Nigeriya – 1 633 min barel (2,1%)
Sinqapur – 1 631 min barel (2,1%)
Qazaxıstan – 1 587 min barel (2,1%)
Hindistan – 1 386 min barel (1,8%)
Cənubi Koreya – 1 372 min barel (1,8%)
Çin – 1 322 min barel (1,7%)
Liviya – 1 285 min barel (1,7%)
Oman – 1 136 min barel (1,5%)
Malayziya – 1 014 min barel (1,3%)
Qətər – 1 009 min barel (1,3%)
Əlcəzair – 996 min barel (1,3%)
Anqola – 988 min barel (1,3%)
Venesuela – 941 min barel (1,2%)
Böyük Britaniya – 869 min barel (1,1%)
Meksika – 841 min barel (1,1%)
Məlumat üçün bildirək ki, ötən il Azərbaycan sutkada orta hesabla 465 min barel neft ixrac edib. Bu dünyanın ən böyük neft ixracatçısı olan ABŞ-dəki analoji göstəricidən (10 milyon 714 min barel) 23 dəfə azdır.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 Sentyabr 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see433

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see351

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see319

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see317

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see306

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see305

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see305

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see298

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see287

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see278

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see277

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see266

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see262

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see256

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see256

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see247

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see247

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see244

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri