OPEC gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb.
Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Proqnoza əsasən, gələn il qeyd olunan göstəricinin 105,27 mln. barel olacağı proqnozaşdırılır (öncəki proqnoz – 105,57 mln. barel), bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 1,45 mln. barel çoxdur.
OPEC bu il üçün qlobal neft tələbatının 103,82 mln. barel (öncəki proqnoz – 104,03 mln. barel) səviyyəsində olacağını proqnozlaşdırır, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,61 mln. barel artım deməkdir.
Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 102,21 mln. barel səviyyəsində olub, bu da illik müqayisədə 2,55 mln. barel artım deməkdir.
Qeyd edək ki, OPEC məlumatlarına əsasən, 2022-ci ildə qlobal gündəlik neft tələbatı 99,66 mln. barel səviyyəsində olub. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 2,74 mln. barel təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 11 Dekabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















