Icma.az
close
up
RU
​OPEK+ hasilatı artırır, yoxsa azaldır? Rəqəmlər və reallıq

​OPEK+ hasilatı artırır, yoxsa azaldır? Rəqəmlər və reallıq

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

28 may 2025-ci il tarixində OPEK+ alyansının Birgə Nazərat Komitəsinin (JMMC) onlayn iclası keçirildi. Görüşdə üzv ölkələrin 2025-ci ildə xam neft hasilatı nəticələri nəzərdən keçirildi və növbəti mərhələlər üçün tövsiyələr verildi. Ardınca keçirilən tam formatlı nazirlər görüşündə isə təşkilatın uzunmüddətli hasilat siyasəti müzakirə olundu.

Nəticə nə oldu?

Yekun müzakirəyə əsasən, üzv ölkələr mövcud hasilat səviyyəsini dəyişməmək qərarına gəliblər. Beləliklə, 2024-cü ilin əvvəlində razılaşdırılmış kvotalar 31 dekabr 2026-cı ilə qədər qüvvədə qalacaq. Eyni zamanda, daha öncə verilmiş hasilat kvotalarına tam əməl olunması və artıq hasilatın kompensasiya edilməsi vacibliyi vurğulanıb.

Hasilatda artıq istehsal problemi

OPEK+ çərçivəsində səkkiz ölkə – Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Oman, İraq, Qazaxıstan və Əlcəzair – 2023-cü ilin noyabrında könüllü şəkildə gündə 2,2 milyon barel hasilat azaltma öhdəliyi götürmüşdü. Lakin bu ölkələrin bir çoxu 2024-cü ilin əvvəlindən bu öhdəliyə tam əməl etmədi.

2025-ci ilin aprel ayına olan məlumatlara əsasən, yeddi ölkə üzrə ümumi hasilat həcmi gündə 5,752 barel təşkil edib. Bu artıq hasilatın 2026-cı ilin 1 iyununa qədər kompensasiya edilməsi tələb olunur.

Artım, yoxsa məhdudlaşdırma?

Əslində, OPEK+ hasilatı formal olaraq artırır – çünki 1 aprel 2025-ci ildən etibarən 2,2 milyon barel/gün həcmində könüllü azaldılmaların tədricən ləğvinə başlanılıb. Apreldə artım 88 min barel mayda isə 411 min olub. İyunda bu artım daha 411 min barel ilə davam edir.

Bazarda qeyri-müəyyənlik və qiymətlərin təzyiqi

Aprel ayında OPEK+ hasilat artımı elan etdikdən sonra Brent markalı neftin qiyməti $82-dən $61–66 aralığına qədər düşüb. Qiymətlərin aşağı düşməsinə digər faktorlar da təsir edir:

ABŞ prezidenti Donald Trampın aprel ayında idxal tariflərini artıracağı barədə bəyanatları bazarda qeyri-müəyyənlik yaradıb; Çin iqtisadiyyatında artım tempinin zəifləməsi qlobal tələbatı aşağı salır; Qlobal bazarda təklif tələbatdan artıqdır – aprel ayında tələb 103,9 milyon barel/gün, təklif isə 104,46 milyon barel/gün olub – yəni 560 min barel/gün profisit yaranıb.

Səudiyyə siyasəti: qiymətləri qorumaq üçün ikili oyun

Səudiyyə Ərəbistanı hazırda bir növ “ikiqat strategiya” həyata keçirir:

Rəsmi olaraq hasilatı artırmağa razıdır, lakin real olaraq ixracı məhdudlaşdırır – xam neft yerinə neft məhsulları ixrac edilir. Bazar qiymətləri $60–65/barel aralığında saxlanılır, bu isə ABŞ-ın şist istehsalçıları üçün iqtisadi cəhətdən əlverişli deyil və onların hasilatı azaldır. Artıq hasilat edən ölkələr, xüsusilə Qazaxıstan (ona 1,299 milyon barel/gün hasilatın azaldılması təyin olunub), qiymətlərin aşağı qalmasından dolayı maliyyə itkiləri ilə üzləşir.

OPEK+ hazırda çox incə balans saxlayır. Rəsmi olaraq hasilat artımı planlaşdırılır.Reallıqda bu artım kompensasiya öhdəlikləri ilə neytrallaşdırılır. İqtisadi və siyasi risklər (xüsusilə ABŞ və Çin arasında ticarət müharibələri) qiymətlərə təzyiq göstərməyə davam edir.

Alyansın əsas məqsədi – bazarda sabitliyi qorumaq və neftin qiymətinin $60-dan aşağı düşməsinə yol verməmək olaraq qalır. OPEK+ bu məqsədə hələlik ikili siyasətlə çatmağa çalışır.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 30 May 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri