OPEK İraqın neft hasilatı kvotasını bərpa etməyə başlayıb
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
OPEK ABŞ və İsrailin İrana qarşı əməliyyatlarından əvvəlki səviyyəyə qayıtmaq üçün İraqın neft hasilatı kvotasının mərhələli şəkildə bərpasına başlayıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyinin nümayəndəsi Səlim ər-Rukabi INA agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, OPEK və təşkilata üzv ölkələr yaxın aylarda könüllü hasilat məhdudiyyətlərini tədricən aradan qaldırmağa başlayacaq. Bu addım İraqın neft hasilatını artırmasına imkan verəcək.
Səlim ər-Rukabi həmçinin qeyd edib ki, İraqın Baş naziri Əli Falih əz-Zeydi ölkəsinin OPEK-dən çıxması məsələsini gündəmə gətirməyib.
Qeyd edək ki, "Reuters" agentliyi iyunun 25-də mənbələrə istinadən İraqın neft hasilatı kvotası artırılmayacağı təqdirdə OPEK-dən çıxmaq imkanını nəzərdən keçirdiyini yazmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 28 İyun 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















