Icma.az
close
up
RU
Opera və Balet teatrı Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirdi FOTOLAR

Opera və Balet teatrı Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirdi FOTOLAR

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Heydər Əliyev Sarayında təntənəli konsert proqramı keçirilib.

Tədbir teatrın simfonik orkestri və xorunun canlı ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Konsertdə teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, baş xormeyster, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi ilə teatrın xor kollektivi, balet truppası və bir çox görkəmli vokal ifaçıları iştirak ediblər.

Gecədə Xalq artistləri Nəzakət Teymurova, Gülnaz İsmayılova, Gülyaz Məmmədova, Elçin Həşimov, Əməkdar artistlər İlahə Əfəndiyeva, Gülüstan Əliyeva, Təyyar Bayramov, İlkin Əhmədov, Arzu Əliyeva, Cahangir Qurbanov, Fərid Əliyev, Elnur Əhmədov, Elnur Zeynalov, Anar Mikayılov, Makar Ferştandt, solistlər Fatimə Cəfərzadə, Gülzar Fərəcova, Atəş Qarayev, Orxan Cəlilov, Fuad Əzizzadə, Mirəli Sarızadə, Taleh Yahyayev, Fəhmin Əhmədli, Ayan Eyvazova, Liana Mirabdullayeva,  Beynəlxalq Muğam Mərkəzinin musiqiçiləri - Əməkdar artist Çinarə Heydərova (qanun), Yusibli Vasif (ud), Mustafayev Amil (nağara), həmçinin Əməkdar artistlər Əliağa Sədiyev (tar) və Xəyyam Məmmədov (kamança) çıxış ediblər. 

Konsert proqramına dahi Azərbaycan bəstəkarlarının əsərləri daxil edilib. Səsləndirilən əsərlər arasında Üzeyir Hacıbəylinin "Arşın mal alan” operettasından Əsgər və Gülçöhrə dueti, Fikrət Əmirovun "Azərbaycan elləri”, Niyazinin "Vətən nəğməsi", Tofiq Quliyevin "Bakı, əziz şəhər”, Rauf Hacıyevin "Bakı haqqında mahnı”, Polad Bülbüloğlunun "Şən Azərbaycan”, Müslüm Maqomayevin "Odlar ölkəsi”, Şəfiqə Axundovanın "Mehriban olaq”, Bəhram Nəsibovun "Qarabağ”, Əlibaba Məmmədovun "Mənim Azərbaycanım” və xalq mahnısı "Şuşanın dağları” böyük coşqu ilə qarşılanıb.

Balet truppası tərəfindən təqdim olunan Üzeyir Hacıbəylinin "Koroğlu” operasından fraqment, Rauf Hacıyevin "Azərbaycan süitası”, Polad Bülbüloğlunun "Eşq və Ölüm” baletindən "İgidlərin rəqsi” isə tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Konsertin aparıcısı Samirə Mustafayeva, rejissoru isə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 29 May 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri