Icma.az
close
up
RU
Opera və Balet Teatri Müstəqillik Gününə həsr olunmuş möhtəşəm konsert proqrami təqdim edib FOTO

Opera və Balet Teatri Müstəqillik Gününə həsr olunmuş möhtəşəm konsert proqrami təqdim edib FOTO

Icma.az, Milli.az saytına istinadən bildirir.

28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Heydər Əliyev Sarayında təntənəli konsert proqramı keçirilib.

Tədbir teatrın simfonik orkestri və xorunun canlı ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Konsertdə teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, baş xormeyster, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi ilə teatrın xor kollektivi, balet truppası və bir çox görkəmli vokal ifaçıları iştirak ediblər.

Gecədə Xalq artistləri Nəzakət Teymurova, Gülnaz İsmayılova, Gülyaz Məmmədova, Elçin Həşimov, Əməkdar artistlər İlahə Əfəndiyeva, Gülüstan Əliyeva, Təyyar Bayramov, İlkin Əhmədov, Arzu Əliyeva, Cahangir Qurbanov, Fərid Əliyev, Elnur Əhmədov, Elnur Zeynalov, Anar Mikayılov, Makar Ferştandt, solistlər Fatimə Cəfərzadə, Gülzar Fərəcova, Atəş Qarayev, Orxan Cəlilov, Fuad Əzizzadə, Mirəli Sarızadə, Taleh Yahyayev, Fəhmin Əhmədli, Ayan Eyvazova, Liana Mirabdullayeva,  Beynəlxalq Muğam Mərkəzinin musiqiçiləri - Əməkdar artist Çinarə Heydərova (qanun), Yusibli Vasif (ud), Mustafayev Amil (nağara), həmçinin Əməkdar artistlər Əliağa Sədiyev (tar) və Xəyyam Məmmədov (kamança) çıxış ediblər. 

Konsert proqramına dahi Azərbaycan bəstəkarlarının əsərləri daxil edilib. Səsləndirilən əsərlər arasında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Əsgər və Gülçöhrə dueti, Fikrət Əmirovun "Azərbaycan elləri", Niyazinin "Vətən nəğməsi", Tofiq Quliyevin "Bakı, əziz şəhər", Rauf Hacıyevin "Bakı haqqında mahnı", Polad Bülbüloğlunun "Şən Azərbaycan", Müslüm Maqomayevin "Odlar ölkəsi", Şəfiqə Axundovanın "Mehriban olaq", Bəhram Nəsibovun "Qarabağ", Əlibaba Məmmədovun "Mənim Azərbaycanım" və xalq mahnısı "Şuşanın dağları" böyük coşqu ilə qarşılanıb.

Balet truppası tərəfindən təqdim olunan Üzeyir Hacıbəylinin "Koroğlu" operasından fraqment, Rauf Hacıyevin "Azərbaycan süitası", Polad Bülbüloğlunun "Eşq və Ölüm" baletindən "İgidlərin rəqsi" isə tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Konsertin aparıcısı Samirə Mustafayeva, rejissoru isə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 May 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri