Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Oqtay Əliyev kimdir? Erməni dilini mükəmməl bilən prodüser

Oqtay Əliyev kimdir? Erməni dilini mükəmməl bilən prodüser

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün televiziya prodüseri, rejissor, əməkdar mədəniyyət işçisi mərhum Oqtay Əliyevin doğum günüdür.

Lent.az xəbər verir ki, "Bioqrafiya" rubrikasında onun haqqında məlumatı təqdim edir:

-Oqtay Əliyev harada və nə zaman dünyaya gəlib?

Oqtay Əliyev 19 iyun 1968-ci ildə İrəvan şəhərində doğulub.

-Oqtay Əliyevin təhsil həyatı hansı illəri əhatə edir?

1975–1985-ci illər İrəvan şəhəri M. F. Axundov adına orta məktəbində təhsil alıb. 1987–1992-ci illər Azərbaycan Dövlət İncəsənət İnstitutunun "kino və dram rejissoru" fakültəsində təhsilini davam etdirib.

-İş həyatına nə zaman və harada başlayıb?

1983–1985-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib. 1989–1994-cü illərdə Bakı şəhər Mədəniyyət idarəsində rejissor vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan televiziyasında "Virtuoz" adlı layihənin prodüseri olub.

-Oqtay Əliyev hansı yaradıcılıq işləri ilə tanınıb?

1990-cı ildə "Ər və arvad" (Mar Bayciyev), "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (Panço Pançiyev) pyeslərinin və bir sıra əlamətdar bayramların quruluşçu rejissoru olub, ssenarilərini yazıb. 1995-ci ildə A. P. Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub. 1997-ci ildə Space tv-də yayımlanan "Korifey", "Həftə çal-çağırı", "İşdən sonra" verlişlərinin müəllifi və baş prodüseri olub.1998-ci ilin oktyabr ayının 5-də yaradılan "SOY production" şirkətinin təsisçisi və prezidenti idi. Bir çox layihələrdə içtirakçı və rəhbər olan Oqtay Əliyev ən son “Həyat, deyəsən, gözəldir” filminin aktyoru kimi çıxış edib.

-Oqtay Əliyev gördüyü işlər sayəsində hansı mükafatlara layiq görülüb?

 "Ən yaxşı ssenariyə görə" I Audiovizual festival, Bakı- 2001, "Ən yaxşı animasiya işinə görə" III Beynəlxalq Audiovizual festival Bakı- 2003 mükafatlarını qazanıb..O, həmçinin 2020-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

-Oqtay Əliyev hansı xarici dilləri bilib?

O, erməni və rus dillərini mükəmməl səviyədə bilib.

-Onun ailə həyatı necə idi?

Əməkdar artist Dilarə Əliyeva ilə evil idi. Bu evlilikdən onların Aytən və Banu adında iki qızı var.

-Dilarə Əliyeva ilə necə tanış olub?

Dilarə Əliyeva müsahibələrinin birində deyir ki, Oqtayla tanış olmadan bir neçə ay öncə onu yuxusunda görür. Belə ki, qrup yoldaşının nişan konfetini balışın altına qoyaraq yatan Dilarə Əliyeva yuxusunu bacısına bu cür danışır: “Yuxuda kök, saqqallı bir oğlan görmüşəm”.

Bu yuxudan bir neçə ay sonar isə Oqtay Əliyev Dilarə Əliyevanı filmə çəkmək istəyir. Çəkiliş meydançasında Oqtay bəylə qarşılaşan Dilarə xanım onu yuxusunda gördüyünü deyir.  Bu söhbətdən bir il sonra isə onlar ailə qurur.

-O.Əliyev hansı məşhurlarla qohumdur?

Oqtay Əliyev Xalq artisti Vidadi Əliyevin və xalq artisti Elmira İsmayılovanın övladıdır. Həmçinin, onun qardaşı Elçin Əlibəyli tanınmış jurnalistdir.

-Oqtay Əliyev nə zaman dünyasını dəyişib?

Oqtay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında həyatını itirib.

-Onun ölüm səbəbi nə olub?

O, avtomobil qəzası zamanı dünyasını dəyişib. Oqtay Əliyevin idarə etdiyi "Lexus Lx470" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində Oqtay Əliyev ölmüş, avtomobildə olan xalq artisti Mehriban Zəki və həyat yoldaşı Dilarə Əliyeva da qəzada yüngül xəsarətlər alıb.  

-Hadisə ilə bağlı şahidlər nələr danışıb?

Xalq artisti Mehriban Zəki açıqlamalarının birində deyib ki, hadisə zamanı Oqtay Əliyevi çağırsa da, onun səssiz qaldığını görüb:

“Avtomobil yol kənarına çıxanda başımı qaldırıb bir neçə dəfə “Oqtay” deyib, onu çağırmağa başladım. Anladım ki, Oqtay yoxdur. Oqtaya baxmağa bir imkan yox idi. Sanki Oqtay susmağı ilə yenə mənə dedi ki, heç bir problem yoxdur. Mən ilk zərbədə huşumu itirdim. Sonra huşum özünə gələndə ilk Dilarənin səsini eşitdim. O söyləyirdi ki, “Mehribanın üzü qandır... Oqtay, Oqtay...” .

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 İyun 2026 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri