Icma.az
close
up
RU
OQTAY KAZIMİ: İLK bəstəkarım

OQTAY KAZIMİ: İLK bəstəkarım

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Bəstələrini, mahnılarını hamımız eşitmişik. Bu yaxınlarda yenidən onun Cahargah fantaziyasını dinləyirdim. Düşünürdüm: Bu bəstə elə fantaziyadır. “Fantaziya” yunan sözüdür, “təxəyyül”, “xəyal” deməkdir. Belə fantaziyanı gerçəkliyə çevirmək üçün təxəyyülün nə boyda yaradıcı gücü olmalıdır? Belə musiqi yaratmaq üçün nə qədər istedadlı olmalısan, necə bəstəkar olmalısan? Öz özümə dedim: Məhz Oqtay Kazımi olmalısan!

1932-cii il dekabrın 27-də Astarada anadan olub. Orta təhsilini də Astarada alıb. Astara şəhər Uşaq Musiqi Məktəbi 2020-ci ildən onun adını daşıyır. Astara şəhər ziyalılarının bu təşəbbüsünün həyata keçməsində o vaxt Mədəniyyət komitəsinin sədri olan Qənirə xanım Paşayevanın xidmətini də unutmaq olmaz.

Atası Məmməd kişi mühasib, anası Rəhilə xanım həkim olub.  Ona görə də Oqtayın həkim olmasını arzulayıb. Orta təhsilini bitirəndən sonra anasının istəyi ilə  Tibb İnstitutuna ( indi ATU) daxil olan Oqtay həkim olmaq istəmirdi. O, məktəb illərindən musiqinin sehrində idi. Tibb təhsilini yarımçıq qoyur.  Asəf Zeynallı adına orta ixtisas musiqi kollecinə üz tutur. Hacı Xanməmmədovun  sinfində xor-dirijorluq ixtisası üzrə təhsil alır. Elə o zaman“Bəxtəvər uşaqlar”adlı ilk mahnısını yazır.

 Musiqi kollecini bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında( İndi Bakı Musiqi Akademiyası)  bəstəkarlıq şöbəsində görkəmli bəstəkarlarımızdan olan Cövdət Hacıyevin sinfində təhsilini davam etdirir.

Konservatoriyanın məzunu olan Oqtay Kazımi  1966-1967-ci illərdə Sumqayıtda musiqi kollecində müəllim, sonra dərs hissə müdiri işləyir. O illərdə“Eksperiment”  adlı estrada orkestri yaradır.

Sonralar Azərbaycan Dövlət Filarmoniyasında musiqi redaktoru işləyir, BMA nəzdindəki Asəf Zeynallı adına musiqi kollecində  xalq çalğı ansamblı fakültəsində dərs deyir. Musiqi kollecində işləyərkən həyatının yoldaşı ilə tanış olur. Fəridə xanım onun tələbəsi olub. Asəf Zeynallı adına musiqi kollecində xor-dirijorluq ixtisası üzrə təhsil aldıqdan sonra Sumqayıt Musiqi kollecində Musiqi nəzəriyyəsi ixtisasına yiyələnib. Yəni musiqi dünyası, yaradıcılıq ona doğma idi. O,  Oqtay müəllimin bəstəkar ömrünün dostu, sirdaşı olur.

Bəstəkarlıq təkcə təhsillə bağlı məsələ deyil.  Oqtay Kazımi kimi istedadın da olmalıdır. Məhz  təhsil, istedad, zəhmət gözəl əsərlər yaradır. Onun ilk əsərləri tələbəlik illərində yaranır.

Yazdığı mahnılar dillər əzbəridir. Unudulmayan bəstələri Azərbaycan musiqi tarixinə düşüb. Öz istedadı ilə adını musiqi tariximizə yazan bəstəkar 1992-ci ildə Əməkdər incəsənət xadimi, 2006-cı ildə Xalq artisti adına layiq görülüb.

O, Estrada və simfonik musiqi ənənələrini birləşdirən bəstəkarlardandır. Azərbaycanda ilk rok operettanın müəllifidir.

Onlarla tamaşaya müsiqi bəstələyib. Operettalar, simfonik əsərlər, oratoriyalar, xalq çalğı alətləri və estrada orkesti üçün əsərlər,  kantatalar və s.  müəllifidir. Oqtay Kazımi ”Laylalar”, “Kəklik”, “Yarım gəldi”, “Qızılgül açdı”, “Ay Lolo” və b. xalq mahnılarını vokal-instrumental ansamblar üçün işləyib.  Dillərdə əzbər olan yüzlərlə mahnılarınıən istedadlı müğənnilər ifa edib: Flora Kərimova, Rəşid Behbudov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Yalçın Rzazadə, Oqtay Ağayev və b. Hal- hazırda da bir çox sənətçilərimiz onun mahnılarına müraciət edir.

Həyatımda, yaddaşımda, ürəyimdə xüsusi yeri olan böyük bəstəkarla ötən əsrin 80-ci illərində tanış olmuşdum. Mətbuatda çap olunan “Getməyəsən” və “Neynim” şeirlərimə musiqi bəstələmişdi.  O illərdə Azərbaycan Dövlət Televiziya və Radio  şirkətinin əməkdaşı idim. Oqtay müəllimi məni axtardığını biləndə təəccübləndim. Sevindim. Sonra görüşdük. Şeirlərimi götürdü. İlk mahnılarımı Nisə Qasımova( Neynim) və Ağadadaş Ağayev( Getməyəsən) ifa etdi. Beləcə işbirliyimiz başladı. Sonralar məşqlərə dəvət aldım...

Ötən əsrin 88-ci il hadisələrindən sonra bəstəkarla əlaqələrimiz səngidi.90-cı illərin əvvəllərində onunla təsadüfən rastlaşdım. “Ay qız, hardasan? Kim olsa, qapımdan əl çəkməzdi...”-dedi. Mən bunu sonralar anladım. Həmin illərdə isə baş verən hadisələrdən çox sarsılmışdım. Mahnı üçün çabalamaq ağır gəlirdi... Belə böyük bəstəkarın şeirlərinə mahnı yazması xoşbəxtliyini gec başa düşdüm...Amma onu heç vax unutmadım. Unuda bilməzdim.

Bu günlərdə Fəridə xanımla danışdım. Hal-əhvaldan sonra“Mən Kamalə Abiyeva, bəlkə də tanımırsız”- dedim. Böyükürəkli Fəridə xanım o dəqiqə “Necə tanımıram? Sizinlə Oqtayın mahnıları var. Sizdən tez-tez danışardı. Şeirlərinizi çox bəyənirdi”... Bir-neçə hələ ifa olunmayan mahnıların olduğunu ondan öyrəndim. Sevindim. Həm də kədərləndim. Peşimanlıq yaşadım...

O mənim sözlərimə musiqi bəstələyən ilk bəstəkardır-ilk bəstəkarım. “Qoy başına dolanım”, “Hər nazına dözərəm”, “Qaragöz”, “Ayrı yaransaq da” və b. mahnılar da yazdığını isə bilirdim.

Bəstəkarın iki oğlu var: Elçin və İlqar. ”Çevik Polis Alayı”-nı indi təqaüddə olan polis polkovniki Elçin Kazıminin arzusu ilə yazıb. Bu onun son mahnısıdır. 9 avqust 2010-cu ildə bu dünyadan getsə də, onun bəstəkar ömrünü sonu yoxdu.

Oqtay Kazıminin sözləri Cabir Novruza məxsus “Ey həyat, sən nə qəribəsən” mahnısını xatırladım. Yenə düşündüm ki, həyat elə qəribədir. Bir dəfə yaşanır. Yəni bir dəfə doğulursan, bir dəfə ölürsən. Doğrudanmı belədir? Yox əslində. İnsan hər gün yenidən doğulur. İnsan var yaşadığı zaman dəfələrlə ölür. Yaradıcı insanlar da bambaşqadır. Onlar əslində ölümündən sonra əbədi olaraq dünyaya gəlir. Oqtay Kazımi kimi. Hər ifa olunan  musiqisi ilə. Gerçəkliyə dönən Fantaziyaları ilə.

Kamalə Abiyeva, şair, publisist.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 Avqust 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see373

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see271

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see262

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see241

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see230

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see229

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see227

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see216

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see212

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see210

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see208

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see207

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see207

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see206

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see201

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see199

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see196

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see174

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see173

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri