Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

İlk bəstəkarım Oqtay Kazıminin xatirəsinə

İlk bəstəkarım Oqtay Kazıminin xatirəsinə

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kamalə ABİYEVA

Bəstələrini, mahnılarını hamımız eşitmişik. Bu yaxınlarda yenidən  onun Cahargah fantaziyasını dinləyirdim. Düşünürdüm: Bu bəstə elə fantaziyadır. "Fantaziya" yunan sözüdür, "təxəyyül", "xəyal" deməkdir. Belə fantaziyanı gerçəkliyə çevirmək üçün təxəyyülün nə boyda yaradıcı gücü olmalıdır? Belə musiqi yaratmaq üçün nə qədər istedadlı olmalısan, necə bəstəkar olmalısan? Öz-özümə dedim: Məhz Oqtay Kazımi olmalısan!

1932-cii il dekabrın 27-də Astarada anadan olub. Orta təhsilini də Astarada alıb. Astara şəhər Uşaq Musiqi Məktəbi 2020-ci ildən onun adını daşıyır. Atası Məmməd kişi mühasib, anası Rəhilə xanım həkim olub. Ona görə də Oqtayın həkim olmasını arzulayıb. Orta təhsilini bitirəndən sonra anasının istəyi ilə  Tibb İnstitutuna (indi ATU) daxil olan Oqtay həkim olmaq istəmirdi. O, məktəb illərindən musiqinin sehrində idi. Tibb təhsilini yarımçıq qoyur. Asəf Zeynallı adına orta ixtisas musiqi kollecinə üz tutur.  Hacı Xanməmmədovun sinfində xor-dirijorluq ixtisası üzrə təhsil alır. Elə o zaman "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını yazır.

Musiqi kollecini bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (İndi Bakı Musiqi Akademiyası)  bəstəkarlıq şöbəsində görkəmli bəstəkarlarımızdan olan Cövdət Hacıyevin sinfində təhsilini davam etdirir. Konservatoriyanın məzunu olan Oqtay Kazımi 1966-1967-ci illərdə Sumqayıtda musiqi kollecində müəllim, sonra dərs hissə müdiri işləyir. O illərdə "Eksperiment" adlı estrada orkestri yaradır. Sonralar Azərbaycan Dövlət Filarmoniyasında musiqi redaktoru işləyir, BMA nəzdindəki  Asəf Zeynallı adına musiqi kollecində xalq çalğı ansamblı fakültəsində dərs deyir. Musiqi kollecində işləyərkən həyatının yoldaşı ilə tanış olur. Fəridə xanım onun tələbəsi olub. Asəf Zeynallı adına musiqi kollecində xor-dirijorluq ixtisası üzrə təhsil aldıqdan sonra Sumqayıt Musiqi kollecində Musiqi nəzəriyyəsi ixtisasına yiyələnib. Yəni musiqi dünyası, yaradıcılıq ona doğma idi. O, Oqtay müəllimin bəstəkar ömrünün dostu, sirdaşı olur. 

Bəstəkarlıq təkcə təhsillə bağlı məsələ deyil. Oqtay Kazımi kimi istedadın da olmalıdır. Məhz təhsil, istedad, zəhmət gözəl əsərlər yaradır. Onun ilk əsərləri tələbəlik illərində yaranır.

Yazdığı mahnılar dillər əzbəridir. Unudulmayan bəstələri Azərbaycan musiqi tarixinə düşüb. Öz istedadı ilə adını musiqi tariximizə yazan bəstəkar 1992-ci ildə Əməkdər incəsənət xadimi, 2006-cı ildə Xalq artisti adına layiq görülüb.

O, estrada və simfonik musiqi ənənələrini birləşdirən bəstəkarlardandır. Azərbaycanda ilk rok operettanın müəllifidir. Onlarla tamaşaya müsiqi bəstələyib. Operettalar, simfonik əsərlər, oratoriyalar, xalq çalğı alətləri və estrada orkesti üçün əsərlər,  kantatalar və s. müəllifidir. Oqtay Kazımi "Laylalar", "Kəklik", "Yarım gəldi", "Qızılgül açdı", "Ay Lolo" kimi xalq mahnılarını vokal-instrumental ansamblar üçün işləyib. Dillərdə əzbər olan yüzlərlə mahnılarını ən istedadlı müğənnilər ifa edib: Rəşid Behbudov, Şövkət Ələkbərova, Flora Kərimova, Zeynəb Xanlarova, Yalçın Rzazadə, Oqtay Ağayev və başqaları.

Həyatımda, yaddaşımda, ürəyimdə xüsusi yeri olan böyük bəstəkarla ötən əsrin 80-ci illərində tanış olmuşdum. Mətbuatda çap olunan "Getməyəsən" və "Neynim" şeirlərimə musiqi bəstələmişdi. O illərdə Azərbaycan Dövlət Televiziya və Radio şirkətinin əməkdaşı idim. Oqtay müəllimin məni axtardığını biləndə təəccübləndim. Sevindim. Sonra görüşdük. Şeirlərimi götürdü. İlk mahnılarımı Nisə Qasımova (Neynim) və Ağadadaş Ağayev (Getməyəsən) ifa etdi. Beləcə işbirliyimiz başladı. Sonralar məşqlərə dəvət aldım...

Ötən əsrin 88-ci il hadisələrindən sonra bəstəkarla əlaqələrimiz səngidi. 90-cı illərin əvvəllərində onunla təsadüfən rastlaşdım. "Ay qız, hardasan? Kim olsa, qapımdan əl çəkməzdi..." - dedi. Mən bunu sonralar anladım. Həmin illərdə isə baş verən hadisələrdən çox sarsılmışdım. Mahnı üçün çabalamaq ağır gəlirdi... Belə böyük bəstəkarın şeirlərinə mahnı yazması xoşbəxtliyini gec başa düşdüm... Amma onu heç vaxt unutmadım. Unuda bilməzdim.

Bu günlərdə Fəridə xanımla danışdım. Hal-əhvaldan sonra "Mən Kamalə Abiyeva, bəlkə də tanımırsınız" - dedim. Böyük ürəkli Fəridə xanım o dəqiqə "Necə tanımıram? Sizinlə Oqtayın mahnıları var. Sizdən tez-tez danışardı. Şeirlərinizi çox bəyənirdi"... Bir neçə hələ ifa olunmayan mahnıların olduğunu ondan öyrəndim. Sevindim. Həm də kədərləndim. Peşmanlıq yaşadım...

O, mənim sözlərimə musiqi bəstələyən ilk bəstəkardır - ilk bəstəkarım. "Qoy başına dolanım", "Hər nazına dözərəm", "Qaragöz", "Ayrı yaransaq da" və b. mahnılar da yazdığını isə bilirdim.

Bəstəkarın iki oğlu var: Elçin və İlqar. "Çevik Polis Alayı"nı indi təqaüddə olan polis polkovniki Elçin Kazıminin arzusu ilə yazıb. Bu, onun son mahnısıdır. 9 avqust 2010-cu ildə bu dünyadan getsə də, onun bəstəkar ömrünün sonu yoxdu.

Oqtay Kazıminin sözləri Cabir Novruza məxsus "Ey həyat, sən nə qəribəsən" mahnısını xatırladım. Yenə düşündüm ki, həyat elə qəribədir. Bir dəfə yaşanır. Yəni bir dəfə doğulursan, bir dəfə ölürsən. Doğrudanmı belədir? Yox əslində. İnsan hər gün yenidən doğulur. İnsan var yaşadığı zaman dəfələrlə ölür. Yaradıcı insanlar da bambaşqadır. Onlar əslində ölümündən sonra əbədi olaraq dünyaya gəlir. Oqtay Kazımi kimi. Hər ifa olunan musiqisi ilə. Gerçəkliyə dönən fantaziyaları ilə.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Avqust 2026 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see839

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see465

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see331

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see297

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see283

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see281

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see281

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see264

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see253

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see252

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see252

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see246

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see244

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see241

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see239

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see225

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see222

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see221

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see220

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri