Icma.az
close
up
RU
Oqtay Şirəliyevin qızı Rusiyada vəzifədədir KONKRET

Oqtay Şirəliyevin qızı Rusiyada vəzifədədir KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Bir neçə gün öncə dünyasını dəyişən Oqtay Şirəliyevin övladları ilə bağlı avtobioqrafik məlumat yenilənib.

KONKRET.az xəbər verir ki, O.Şirəliyevin qızı Nərmin Şirəliyevanın fəaliyyəti xüsusilə diqqət çəkib.

Belə ki, N.Şirəliyeva 9 noyabr 1974-cü ildə Bakı şəhərində doğulub. O, Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra 16 yaşında Moskvaya gedib. 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsinə daxil olub. Jurnalistikanın kulturologiya istiqamətini seçən Nərmin ingilis və fransız dillərində sərbəst danışır.

1995-ci ildə İTAR-TASS agentliyində müxbir qismində praktika keçən N.Şirəliyeva 1996-cı ildə MDBMİ-ni bitirib və “Kultura” qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlayıb.

“Kultura” ilə yanaşı, o, Moskvada nəşr olunan digər populyar qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirib.

Bundan sonra N.Şirəliyevanın yolu televiziya sahəsinə yönəlib. Belə ki, o, 1998-ci ildə Rusiyanın dövlət telekanalı olan “Kultura”da informasiya xidmətinin müxbiri vəzifəsində jurnalistlik peşəsinə davam edib.

2001-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasına daxil olub, 2004-cü ildə isə “Rusiya və Fransanın mədəni əlaqələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

2003-ci ilin fevralından N.Şirəliyeva “Kultura” telekanalında “Mədəniyyət yenilikləri” proqramının”Xudsovet” adlı xüsusi rubrikasının aparıcısı təyin olunub. 2008-ci ildən “Mədəniyyət yenilikləri” verilişinin axşam buraxılışının da daimi aparıcısı olub.

Nərmin Şirəliyeva sonrakı illərdə “Kultura” telekanalında şef-redaktor, icmalçı, “Mədəniyyət yenilikləri” proqramının aparıcısı, Rusiya Dövlət Filarmoniyasında təşkil olunan konsertlərin aparıcısı vəzifələrində çalışıb. O, Moskvanın aparıcı KİV-lərində köşə yazarı kimi də çıxış edib.

Nərmin Şirəliyeva 2011-ci ilin martından hakim Vahid Rusiya Partiyasının üzvüdür. O, 2012-ci ildə Rusiya Prezidenti Vladimir Putinin seçkiqabağı kampaniyasında onun etibar edilmiş nümayəndələrindən biri olub. O, həm də “Əlaçılar” Ümumrusiya qadınlar ictimai təşkilatını yaradanlardan biridir.

Rusiyada ictimai-siyasi və mədəniyyət sahəsində aktiv fəaliyyətilə seçilən Nərmin Şirəliyeva 2012-ci ilin sentyabrından Moskva vilayəti İctimai Palatasının üzvü, mədəniyyət və xeyriyyəçilik üzrə beynəlxalq komissiya qrupunun rəhbəri olub. 2013-cü ilin fevralından isə Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu da tutub. 2018-ci ilin sentyabrında Moskva vilayətinin mədəniyyət naziri təyin edilib.

“İnsanoid” hazırda onun Rusiya XİN-in “Rossotrudniçestvo”da (Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyi) müşavir vəzifəsində çalışdığını bildirib.

Xatırladaq ki, bu qurumun Azərbaycanda fəaliyyətinə xitam verilib (“Rus evi” bağlanıb).

Nərmin Şirəliyeva 1997-ci ildə Rusiyanın tanınmış simalarından biri, məşhur televiziya və kino rejissoru Yevgeni Ginsburqla ailə həyatı qurub. Onların bu evlilikdən Aleksandr adlı bir oğulları dünyaya gəlib. Ginsburq 2012-ci il yanvarın 15-də insultdan vəfat edib.

Nərmin Şirəliyeva Rusiyada göstərdiyi xidmətlərə görə bir sıra mükafatlara layiq görülüb. O, mədəniyyət sahəsində tədbirləri ən yaxşı işıqlandıran və şərh edən peşəkar televiziya jurnalisti kimi Moskva şəhər meriyasının laureatı adına layiq görülüb, “Qızıl lira” mükafatı ilə təltif olunub.

O.Şirəliyevin böyük oğlu Murad Şirəliyev 2 mart 1978-ci il tarixində Bakıda anadan olub.

Orta təhsilini paytaxtdakı 20 saylı orta məktəbdə alan Murad Şirəliyev 1994-98-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində təhsil alıb, 2000-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində “İqtisadiyyat və idarəetmə” ixtisası üzrə magistr diplomu əldə edib.

Murad Şirəliyev 2005-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.

M.Şirəliyev 2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

Maliyyə sektorunda ilk iş yeri “Kapital Bank” ASC olur. 2000-2005-ci illərdə “Kapital Bank” ASC-də İdarə Heyətinin üzvü olub.

2005-15-ci illərdə “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini olub. 2015-ci ildə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsini daşıyıb.

Daha sonra Almaniya şirkəti olan “Solaris GmbH”də rəhbər vəzifədə çalışıb. Ardınca o, “Azərsığorta” şirkətində sədrin müşaviri olub və 2022-ci ildə buradan da istefa verib.

Oqtay Şirəliyevin kiçik oğlu Kazım Şirəliyev haqda açıq mənbələrdə məlumat həddən artıq azdır. Bildirilir ki, o, özəl sektorda çalışır, 2017-ci ildə K.Şirəliyevə “Bilgah Beach Hotel”də dəbdəbəli toy mərasimi keçirilib və biznesmen bir ailənin qızı ilə ailə həyatı qurduğu iddia edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri