Icma.az
close
up
RU
Orban: Putin Tramp görüşü Macarıstan üçün ekzistensial əhəmiyyət daşıyır

Orban: Putin Tramp görüşü Macarıstan üçün ekzistensial əhəmiyyət daşıyır

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Budapeştdəki görüşü ölkəsi üçün həyati önəm daşıyır, çünki bu, Ukraynadakı münaqişənin Macarıstan iqtisadiyyatına vurduğu ziyanı aradan qaldıra bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Orban "Facebook" hesabında paylaşım edib.

O qeyd edib ki, müharibənin ilk üç ilində Macarıstan 9,1 trilyon forint (təxminən 23,4 milyard avro) itirib, bu isə hər ailəyə təxminən 2 milyon forint (5 min avro) zərər deməkdir.

Baş nazir vurğulayıb ki, enerji və qaz qiymətlərinin artması, yüksək inflyasiya, sanksiyalar, ticarətin azalması və faiz dərəcələrinin yüksəlməsi ölkənin maliyyələşdirilməsini bahalaşdırıb. Onun sözlərinə görə, müharibə bitərsə, Macarıstan iqtisadiyyatı rahat nəfəs alacaq və müharibədən əvvəlki vəziyyətə qayıdacaq.

Orban qeyd edib: "Budapeştdə keçiriləcək sülh sammitinin uğuru Macarıstanın fundamental ekzistensial maraqlarına uyğundur. Gəlin bunu təmin etmək üçün əlimizdən gələni edək!"

Qeyd edək ki, oktyabrın 16-da Putinlə telefon danışığından sonra Tramp tezliklə Budapeştdə görüşməyə razılaşdıqlarını açıqlayıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Moskva və Vaşinqton gecikmədən iki lider arasında Budapeştdə keçiriləcək görüşə hazırlığa başlayacaq. Orban bu iş üçün təşkilat komitəsinin yaradılmasına göstəriş verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:279
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri