Orban: “Rusiya güclənir, Qərb isə zəifləyir”
Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.
Macarıstanın baş naziri Viktor Orban xəbərdarlıq edib ki, Ukraynada münaqişənin sona çatmasından sonra qitədə yeni təhlükəsizlik sistemi yaradılarkən nəzərə almaq lazımdır ki, Rusiya çox güclü olub, Kiyev və onun Qərb müttəfiqləri isə zəifləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini "Kossuth" radiostansiyası sitat gətirib.
Orban vurğulayıb ki, Moskva ilə Kiyev arasında münaqişə başa çatdıqdan sonra Avropada yeni təhlükəsizlik sisteminin yaradılması zəruridir.
“Rusiya dəyişib, çox güclü olub, Ukrayna da dəyişib, çox zəifləyib. Avropanın hərbi baxımdan son dərəcə zəif olduğu ortaya çıxdı, çünki onun Rusiya ilə münaqişə zamanı lazım olacaq kifayət qədər pulu və silahı yoxdur, müharibə üçün pul yoxdur, ona görə də bütün əlamətlər Avropanın zəifliyinə işarə edir”,- deyə o qeyd edib.
Macarıstanın baş naziri hesab edir ki, gələcək təhlükəsizlik sistemi ilə bağlı danışıqlar yaxın və ya iki il ərzində aparılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 06 Dekabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















