Orban: Tramp Putin sammiti baş tutacaq
Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında yeni görüş gündəmdədir.
Reyting.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Baş nazir müsahibəsində “təxirə salınan görüş baş tutacaq. Sadəcə, istədiyimiz vaxt yox, bir az sonra”,- ifadəsini işlədib.
Onun sözlərinə görə, Ukrayna ilə Rusiya arasında danışıqlar çıxılmaz vəziyyətdədir, çünki Rusiya mümkün sülh razılaşması əldə edilməzdən əvvəl bütün Donetsk bölgəsini ələ keçirmək istəyir.
Orban əlavə edib ki, 2022-ci il “İstanbul Sazişləri”nin sənədlərini görüb: “Bu danışıqlar uğura yaxın olsa da, razılaşma anglosaksonlar tərəfindən pozulub”.
Qeyd edək ki, daha əvvəl media orqanları Putinin Budapeşt sammitinin uğursuzluğuna görə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ittiham edirdilər.
Eyni zamanda, Kremlin mətbuat katibi Dmitri Peskov Tramp-Putin görüşünün hazırda lazımsız olduğunu, artıq razılaşmanın detalları üzərində dəqiq işə ehtiyac duyulduğunu bildirmişdi.
ELÇİN
Bu mövzuda digər xəbərlər:Putin Tramp sammiti baş tutacaq Orban
28 Oktyabr 2025 11:18
Orban Tramp Putin görüşünə hazırlıq görür
17 Oktyabr 2025 13:33
Tramp Putin görüşü nə vaxt baş tutacaq?
05 Yanvar 2025 01:50
Putin Tramp görüşü mütləq baş tutacaq Siyarto
23 Oktyabr 2025 01:18
Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!
17 Oktyabr 2025 04:35
Baxış sayı:51
Bu xəbər 12 Noyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















