Icma.az
close
up
RU
Orban Ukraynanı seçkilərə müdaxilədə ittiham edir

Orban Ukraynanı seçkilərə müdaxilədə ittiham edir

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Baş nazir Viktor Orban Ukraynanın Macarıstanda keçirilən parlament seçkilərinə müdaxiləyə cəhd etdiyini bildirib və Ukrayna səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasına əmr edib.

Reyting.az-ın məlumatına görə, bu bəyanat Macarıstanda 12 aprelə təyin olunmuş səsvermədən əvvəl Ukrayna əleyhinə ritorikanın kəskin şəkildə artması fonunda verilib.

Orbanın sözlərinə görə, Macarıstanın milli təhlükəsizlik xidmətləri seçki prosesinə təsir göstərməyə yönəlmiş “koordinasiyalı bir sıra Ukrayna fəaliyyətlərini” qeydə alıb. Macarıstanın baş nazir Ukraynanın seçkilərə müdaxiləsinə dair cəhdlə bağlı heç bir dəlil təqdim etməyib.

Sosial mediada paylaşılan video mesajda Orban iddia edib ki, Ukraynanın siyasi liderləri və hətta prezidenti də Macarıstan və onun hökumətinə qarşı kobud dərəcədə təhqiramiz və təhdidedici ifadələr səsləndiriblər.

Ukrayna mediası iddia edir ki, bu addım Orbanın seçkilər yaxınlaşdıqca gücləndirdiyi daha genişmiqyaslı Ukrayna əleyhinə kampaniyanın sonuncu hissəsidir. Baş nazir seçiciləri Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın Macarıstanın təhlükəsizliyi və suverenliyinə təhdid yaratdığına inandırmağa çalışır.

Qeyd edək ki, Macarıstan hökuməti Avropa Birliyindən (AB) Ukraynaya maliyyə və hərbi yardımın göstərilməsinə qarşı davamlı olaraq çıxış edir və Ukraynanın AB-yə daxil olması istiqamətində atılan hər hansı addımı bloklayacağını bildirir.

Ötən həftə İsveçrədə keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Ukrayna prezidenti Zelenski Macarıstanın baş nazirini tənqid edərək onun “Avropa pulları ilə yaşadığını, Avropa maraqlarını satmağa çalışdığını” bildirib.

ELÇİN


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 Yanvar 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri