Orban: Ukraynanın Rusiyaya qalib gəlmək şansı yoxdur
Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hazırkı müharibədə Ukraynanın Rusiyaya qalib gəlmək üçün "heç bir şansı yoxdur".
Reyting.az “Politico” nəşrinə istinadla xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Onun sözlərinə görə, Avropa Birliyindən (AB) Ukraynaya əlavə maliyyə dəstəyi vermək "sadəcə dəlilikdir".
Nəşr qeyd edir ki, Orbanın açıqlaması tez bir zamanda atəşkəs ümidlərinin azaldığı və Avropanın gələn ilin büdcə böhranından əvvəl Kiyevə maliyyə dəstəyi göstərməyə çalışdığı bir vaxta təsadüf edir.
Orban nəşrə müsahibəsində bildirib ki, Ukraynaya maliyyə dəstəyi AB-ni "iqtisadi və maliyyə cəhətdən öldürür".
Qeyd olunur ki, Macarıstan əvvəllər Rusiyaya qarşı AB sanksiyalarının uzadılmasını, eləcə də Ukraynaya maliyyə dəstəyinin göstərilməsini bloklayıb. Bundan əlavə, Budapeşt Moskvanın ABŞ-nın iki böyük Rusiya şirkətinə qarşı tətbiq etdiyi neft sanksiyalarından azad edilməsi təklifini irəli sürüb.
Macarıstan baş naziri Avropa liderlərini Ukraynadakı münaqişəni uzatmaqda da ittiham edib.
Orbanın fikrincə, vəziyyət və zaman ruslar üçün daha əlverişlidir, bu səbəbdən müharibəni mümkün qədər tez dayandırmaq lazımdır.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:Ukraynanın qalib gəlmək şansı yoxdur Ekspert
29 Avqust 2025 09:12
ABŞ sız Ukraynanın şansı yoxdur Orban
27 Aprel 2025 14:21
Donald Tramp: Ukraynanın qalib gəlmək şansı yoxdur KONKRET
21 Avqust 2025 21:29
Viktor Orban: ABŞ olmadan Ukraynanın heç bir şansı yoxdur
27 Aprel 2025 16:23
“Trampın qələbəsi ilə Ukraynanın müharibədə qalib gəlmək şansı yaranır...” Ekspert
07 Noyabr 2024 07:49
Baxış sayı:96
Bu xəbər 17 Noyabr 2025 06:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















