Ordubad komandasının atletləri ölkə çempionatında 4 medal qazanıblar
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan, 27 oktyabr, AZƏRTAC
Cəlilabad rayonunda kros qaçışı üzrə payız ölkə çempionatı keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikasını Ordubad rayon komandasından 6 idmançı təmsil edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, komanda üzvləri 1-i qızıl, 2-si gümüş və 1-i bürünc olmaqla, ümumilikdə 4 medal qazanıblar.
Təmsilçilərdən ən yüksək nəticə Namiq Babayevə məxsusdur. O, 2 kilometr məsafədə bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb və qızıl medalın sahibi olub. Komandası ilə məşqçi və idmançı qismində yarışda iştirak edən təcrübəli atlet Əmrah Nağıyev isə 10 kilometr məsafə üzrə gümüş medalçı olub. Nəticələr baxımından daha bir sevindirici məqam komandadakı qızların ilk medal sevinci yaşaması olub. Belə ki, Aysel Hüseynova 1 kilometr məsafədə gümüş, Aylin Bədəlli isə 2 kilometr məsafədə bürünc medal qazanmağa müvəffəq olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 27 Oktyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















