Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan ordusunda dini azadlığa hörmət olunur və qorunur.
Şair Ramaldanov
"Hərbi xidmətə gələn dini rituallarını axsatmaq istəməyən əsgərlər üçün bütün prosedurları həyata keçirmək üçün də müvafiq şərait yaradılır. Dini Qurumlar İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin bölmələrindəki nümayəndələrlə mütəmadi görüşlər keçirilir, dini maarifləndirmə ilə aparılır.
Vətənpərvərlik duyğusunun dinlə bağlantısı var. Vətənpərvərlik ruhunun formalaşmasında, dövlətə bağlılıqda dinin böyük rolu var. Hərbi xidmətdə olan dindarlara hər bir şərait yaradılır. Namaz qılmaq üçün, ibadət üçün otaqları var"-deyən Şair Ramaldanov qeyd edib ki, orduda bununla bağlı problem yoxdur, heç kimə heç bir qadağa qoyulmayıb, hər kəs öz dini rituallarını həyata keçirə bilir, namaz qılır, oruc da tutur və orduda kifayət qədər dini təbliğat da var.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 17 Yanvar 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















