Ordumuzun döyüşdə şəhid olan sonuncu hərbçisi FOTO
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında həyata keçirdiyi 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi bütün ərazilərdə tam bərpa olundu. Bununla da Qarabağda separatizmin mövcudluğuna son qoyuldu. Hazırda əsas təhlükə mina terroru olaraq qalsa da, cəbhə xəttində vəziyyət sabitliyini qoruyub saxlayır.
Modern.az xəbər verir ki, düşmən atəşi nəticəsində sonuncu şəhid olan hərbçimiz, əsgəri Orucov Vüsal Xeybalı oğlu olub. Hərbçimiz 2005-ci il fevral ayının 15-də Qusar rayonu Suvacal kəndində anadan olub və orta təhsilini Suvacal kənd orta məktəbində alıb.
O, 2023-cü il sentyabrın 30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Kəlbəcər rayonunun Aşağı Ayrım kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərinə açılan snayper atəşi nəticəsində şəhid olub.
Həmin tarixdən ötən 3 ilə yaxın müddət ərzində düşmən atəşi nəticəsində heç bir hərbçimiz şəhid olmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 26 İyun 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















