Icma.az
close
up
RU
Şəhid anası: Bizi yaşadan Ordumuzun Zəfəridir

Şəhid anası: Bizi yaşadan Ordumuzun Zəfəridir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncə, 12 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Vətən Müharibəsinin saysız qəhrəmanlarından biri də şəhid Rəvan Daşdəmirovdur. Rəvan işğal altında olan torpaqların azad edilməsi üçün fürsət gözləyən və müharibənin ilk günlərindən ən qanlı döyüşlərə atılan igid oğullarımızdan olub.

AZƏRTAC-ın bölgə müxbiri Rəvanın valideynləri ilə görüşüb, onun şücaətini onların dilindən dinləyib.

Daşdəmirov Rəvan Məzahir oğlu 6 mart 1994-cü ildə Gəncə şəhərində anadan olub. 2011-2015-ci illərdə Dövlət Aqrar Universitetinin “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə təhsil alıb. 2015-ci ildə hərbi xidmətə yollanıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirib. 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağırılıb.

Atası Məzahir Daşdəmirov Rəvanın yoldaşları arasında tərbiyəsi, savadı və Vətən sevgisi ilə seçildiyini deyib: “Rəvan könüllü olaraq cəbhəyə yollandı. Hər il sentyabr, oktyabr ayları gələndə sanki bizim üçün müharibə yenidən başlayır. Zəfər Günü gələndə isə sanki qəlbimiz təskinlik tapır. Qürur duyuram ki, Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman oğullarımız 30 illik həsrətə son qoydular. Bu gün tək arzum Rəvanın təhsil aldığı orta məktəbə onun adının verilməsidir”.

Rəvan 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak edib. Füzuli, Zəngilan və Qubadlı rayonlarının azad olunması uğrunda vuruşub. Oktyabrın 27-də Füzuli rayonunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 29-da Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

“Sanki bunu gözləyirmiş kimi çağırış gələn günün səhəri öz istəyilə səfərbərlik idarəsinə yollandı. Müharibədə olanda hərdən əlaqə saxlayırdıq. Bizimlə o qədər böyük ruh yüksəkliyi ilə danışırdı ki, təəccüb edirdik. Bir şəhid anası kimi ən böyük təskinliyim qələbəmizdir. Bizi yaşadan Ordumuzun Zəfəridir,” – deyə şəhid anası Şəhla Daşdəmirova deyib.

Rəvan Daşdəmirov Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə", “Füzulinin azad olunmasına görə” və Vətənə xidmətə görə” medalları ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Oktyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri