Icma.az
close
up
RU
Ordunun gücləndirilməsi mütləq şəkildə davam etdirilməlidir Hərbi ekspert səbəbləri AÇIQLADI

Ordunun gücləndirilməsi mütləq şəkildə davam etdirilməlidir Hərbi ekspert səbəbləri AÇIQLADI

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Prezident İlham Əliyev bildirib ki, son beş ildə ordu quruculuğu ilə fəal məşğul olunub və əldə olunan uğurlardan arxayınlaşmaq olmaz. İkinci Qarabağ müharibəsi həm güclü tərəfləri, həm də təkmilləşdirilməli sahələri göstərib və Zəfərdən dərs çıxarmaq vacibdir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra müharibəni çox ciddi şəkildə təhlil etdi və bu təhlil nəticəsində güclü tərəflərini də müəyyən etmiş oldu:

"Eyni zamanda zəif tərəflərini də üzə çıxardı və ümumilikdə silahlanmanı və ordu quruculuğunu bu təhlillər əsasında aparmağa başladı. Hesab edirəm ki, 44 günlük müharibədən sonra məlum oldu ki, Azərbaycan xüsusi təyinatlı qüvvələrinin sayını artırmağa ehtiyac var, çünki onlar effektiv oldu və bu istiqaməti daha da inkişaf etdirmək lazımdır. Ardınca məlum oldu ki, Azərbaycan Ordusunda motoatıcı briqadaların sayı çoxdur və dağ döyüşləri üçün dağatıcı və Komando briqadalarına ehtiyac var. Ona görə də Komando briqadalarının yaradılmasına başlanıldı. Bundan əlavə, Azərbaycan uzaqmənzilli və hədəfləri dəqiq sıradan çıxara bilən haubitsalar, yeni müasir dronlar, raketlər və hətta dənizdəki hədəfləri vura biləcək raketlərlə silahlanma həyata keçirməyə başladı. Bundan əlavə, Azərbaycanın hava hücumundan müdafiə sistemləri onsuz da güclü idi, lakin bu sahədə də ciddi yatırımlar edildi və bu sistemlər İsrail, Çin və digər ölkələrdən alınan yeni komplekslərlə zənginləşdirildi. Çünki təkcə öz müharibəmizi deyil, digər ölkələrin müharibələrini də təhlil etməliyik və xüsusilə Rusiya-Ukrayna müharibəsi, eləcə də İran-İsrail arasındakı toqquşmalar göstərdi ki, hava hücumundan müdafiə sistemlərinin güclü olması mütləq şəkildə vacibdir. Buna görə də Azərbaycan bu xətti tutmuş oldu".

Müsahibimizin sözlərinə görə, müasir dövrdə münaqişələrin və münaqişəli regionların ərazi sahəsi genişlənib.

"Yəni münaqişələr əvvəlki kimi yalnız Cənubi Qafqazda, Yaxın Şərqdə və Şərqi Avropada deyil, artıq Amerika qitəsində, hətta Afrikada və Sakit okean hövzəsində də baş verə bilər. Ona görə də hesab edirəm ki, Azərbaycan tərəfi bütün bunları nəzərə alır və indiki mərhələdə güclü olmaq, eləcə də öz suverenliyini və dövlətçiliyini qorumaq üçün mütləq şəkildə hərbi gücünün artırılmasına gedir. O ki qaldı Azərbaycana yönələn yeni təhlükə və təhdidlərə, təhlükə və təhdid hər zaman mövcuddur. Bu region heç vaxt təhlükə və təhdiddən azad olmayacaq. Çünki bu regionda böyük dövlətlərin - Amerikanın, Çinin, Rusiyanın, İranın və Avropa İttifaqının maraqları var. Bütün bu böyük güclərin maraqlarının kəsişdiyi region həmişə təhlükə ilə üz-üzədir. Ona görə də Azərbaycan tərəfi mütləq şəkildə hərbi gücünü artırmaq xəttini tutub və hesab edirəm ki, bu xətti davam etdirəcək. Müasir beynəlxalq münasibətlər və hazırkı dünyada baş verən proseslər göstərir ki, heç bir region, heç bir dövlət və heç bir istiqamət təhdid və təhlükədən sığortalanmayıb. Biz hər an yenidən münaqişə və ya müharibə ilə üzləşə bilərik. İranda müəyyən proseslər baş verir, Rusiya-Ukrayna müharibəsinin nəticəsinin necə olacağı və bu nəticədən sonra Rusiyanın atacağı addımlar da nəzərə alınmalıdır. Ona görə də hesab edirəm ki, Azərbaycanın hazırda tutduğu xətt doğru xətdir və ordunun gücləndirilməsi, xüsusilə müasir silahlar və dronlarla təchizatın, həmçinin dron operatorlarının sayının artırılması yolu ilə kadr potensialının gücləndirilməsi mütləq şəkildə davam etdirilməlidir", - deyə Səxavət Məmməd yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Yanvar 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri