Icma.az
close
up
RU
Niger Fransa ilə müharibəyə hazırlaşır Hərbi ekspert səbəbləri AÇIQLADI

Niger Fransa ilə müharibəyə hazırlaşır Hərbi ekspert səbəbləri AÇIQLADI

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Nigerin ən nüfuzlu hərbçilərindən biri, general Amadu İbro ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa çağırıb və Parisi Nigerdə sabitliyi pozmağa cəhd göstərməkdə ittiham edib.

Niger ordusunun Fransa kimi bir dövlətlə potensial qarşıdurmaya hazırlıq səviyyəsi nə dərəcədədir?

Hərbi ekspert Ədalət Verdiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Niger 1898-ci ildən etibarən Fransa tərəfindən işğal olunub, daha sonra isə Fransız Qərbi Afrikasının tərkibində müstəmləkə kimi idarə edilib.

"1960-cı ildə rəsmi müstəqillik əldə olunsa da, ölkə uzun müddət Fransa ilə sıx siyasi, iqtisadi və hərbi əlaqələr çərçivəsində fəaliyyət göstərib. Bu münasibətlər xüsusilə Nigerin zəngin uran ehtiyatları fonunda daha da strateji xarakter alıb. Uran Fransanın atom elektrik stansiyaları üçün əsas xammallardan biri olduğuna görə Niger Paris üçün mühüm tərəfdaş sayılıb. Xüsusilə uran ehtiyatları Fransanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyıb. Son dövrdə ölkədə Fransa təsirinə qarşı narazılıq artıb və hərbi rəhbərlik tərəfindən tam suverenliklə bağlı sərt bəyanatlar səsləndirilir. Niger ordusunun açıq müharibədə Fransa ilə bərabər gücdə olduğunu demək çətindir. Lakin mümkün qarşıdurma Niger ərazisində baş verərsə və daxili dəstək yüksək olarsa, bu, Fransanın uzunmüddətli hərbi mövcudluğunu çətinləşdirə bilər. Buna görə də, yaxın illərdə Fransanın Niger ərazisindəki hərbi iştirakının azalması və ya tamamilə başa çatması ehtimalı istisna deyil. Prosesin istiqaməti isə əsasən geosiyasi və daxili siyasi amillərdən asılı olacaq", - deyə o, əlavə etdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Fevral 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri