Icma.az
close
up
RU
“Ordu”nun kapitanı: “Ordu” artıq bir komanda kimi formalaşıb”

“Ordu”nun kapitanı: “Ordu” artıq bir komanda kimi formalaşıb”

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ordu” klubunun kapitanı Rüstəm Əliyev klubun mətbuat xidmətinə müsahibə verib.

Apasport.az xəbər verir ki, o, komanda ilə birgə inkişaf etdiyini vurğulayıb:

– Cari mövsüm komanda üçün necə keçdi?
– Aşağı büdcə ilə play-off-da iştirak etmək hər komandaya nəsib olmur. Biz məhz aşağı büdcə ilə, hətta oyunçu qıtlığı ilə əzmkar mübarizə apararaq play-off-a vəsiqə qazandıq. Bundan əlavə final mərhələsinin ilk matçında “Neftçi” ilə başa-baş oynadıq. Heyətdə yerli oyunçu problemi vardı. Bundan əlavə legionerlər də çox deyildi ki, rotasiya edə bilək. Misal üçün əsas oyun qurucumuz Ramme Qriffin zədə alanda onu əvəzləmək çətin olurdu. Ehtiyat qüvvəmiz zəif olduğu üçün belə vəziyyətlərdə çətinlik çəkirdik. Tam əminəm ki, rotasiyada problemlər olmasaydı daha artığını edə bilərdik. İstənilən halda hesab edirəm ki, “Ordu” artıq bir komanda kimi formalaşıb.

– Liqadakı öz oyunun haqqında nə deyə bilərsən?
– Mən 2 il “Sabah” klubunda oynamışam. “Sabah”ın məqsədləri tam fərqlidir. Orada heyətə düşmək çox çətindir. Ona görə də özünü göstərmək üçün imkan çox azdır. “Ordu”da isə mən əsas oyunçulardan biri hesab olunuram. Məşqçi bir çox hallarda oyunu mənim üzərimdən qururdu. Bu amil inkişaf etməyimdə ciddi rol oynadı. Sanki özüm-özümü yenidən kəşf etdim. Buna görə də Alberto Blankoya təşəkkürümü bildirirəm. O, mənə hansı mövqelərdə daha çox xeyir verməyi öyrətdi. İndi özümə çox inanıram. Zədələr məni xeyli geri salsa da, artıq indidən fiziki çalışmalara başlamışam ki, növbəti mövsüm üçün tam hazır vəziyyətdə olam.

– Karyeranı harada davam etdirəcəksən. “Ordu”da qalacaqsan yoxsa başqa təkliflər var?
– Sözün düzü “Ordu”da qalmaq barədə hələ təklif almamışam. Əgər təklif olsa, danışacağıq. Təbii ki, hər şey klubun büdcəsindən və məqsədlərindən asılı olacaq. İndidən nəsə demək çətindir. İnanıram ki, həm klub, həm də mənim üçün xeyirli olan baş verər.

Erhan Toker: “Qazanmaq üçün hər şey etdik” Final seriyasının təqvimi bəlli oldu “Neftçi” finalda “Sabah”a rəqib oldu Bedri Meriç: “Onlara çatmağımız mümkünsüz oldu” Rimas Kurtinaytis: "Sərgilənən oyun bizi qane edir"
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://apasport.az
archiveBu xəbər 01 May 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri