Icma.az
close
up
RU
Orta aylıq pensiyanın məbləği 593 manata çatıb

Orta aylıq pensiyanın məbləği 593 manata çatıb

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Bu, ölkə üzrə orta aylıq əməkhaqqının 57,2 faizi deməkdir

2026-cı il martın 1-nə olan dövrdə ölkədə orta aylıq əməkhaqqı 1103,8 manat, orta aylıq pensiya 593 manat, yaşa görə orta aylıq pensiya 632 manat təşkil etməklə, qeyd edilən nisbət 2018-ci ilə nisbətən orta aylıq pensiya üzrə 40,7 faizdən 54 faizə, yaşa görə orta aylıq pensiya üzrə 45,8 faizdən 57,2 faizə çatıb. 2018-ci ildən ötən dövrdə icra olunan 5 sosial islahat paketinin bir istiqaməti olaraq pensiyalarda davamlı artımlara nail olunması orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinin (əvəzetmə əmsalı) qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılmasında mühüm irəliləyişə imkan verib. Bu sosial normativlər beynəlxalq təşkilatların tövsiyə etdiyi 40-60 faiz intervalına tam uyğun olmaqla, Azərbaycan pensiya sisteminin dayanıqlılığını və balanslı strukturunu əks etdirir.

1,1 milyon pensiyaçını əhatə edən sosial siyasət

Məlum olduğu kimi, 2026-cı il yanvarın 1-dən əmək pensiyaları 9,3 faiz artırılıb. Dövlət başçısının müvafiq sərəncamına əsasən, indeksasiya üzrə bütün növ əmək pensiyaları artımla təmin edilib. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq. Eləcə də, son bir ildə əmək və pensiya qanunvericiliyinə edilmiş dəyişikliklər sayəsində əmək pensiyası hüququ əldə edənlərin də təqaüdləri artırılıb.

Ümumiyyətlə, son 3 ildə “Əmək pensiyaları haqqında” qanuna edilmiş müvafiq dəyişikliklər nəticəsində əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi prinsipləri təkmilləşdirilib. Belə ki, əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya təyinatı tarixinə qədər nəzərə alınır. Bu o deməkdir ki, pensiya təyinatınadək olan əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya məbləğinin hesablanmasında istifadə olunur. Eləcə də, həmin qanuna ötən il edilmiş (Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) dəyişikliklərdən sonra incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin pensiya yaşı həddinin 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ alması, eləcə də hərbi qulluqçuların hərbi xidmət dövrü üzrə müddətə görə, güzəştli pensiya hüququ qazanması sayəsində son bir ildə xüsusi şərtlərlə pensiya alanların da sayında əhəmiyyətli artımlara səbəb olub. Həmçinin, 2023-cü ilin yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə yaşa və əlilliyə görə müavinət alanların, ailə başçısını itirməyə və digər müavinət növləri ilə əhatə edilənlərin də sayında artım qeydə alınıb. Bütün bu dəyişikliklər pensiya sahəsində sosial ədalətlilik prinsipinin təmin edilməsinə səbəb olub. Beləliklə, pensiyaların indeksləşdirilməsi 1,1 milyon pensiyaçını əhatə etməkdədir.

Əhatəli sosial islahatlar rifahı yaxşılaşdırıb

Göründüyü kimi, həyata keçirilən ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etməkdədir. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlib, dünyada strateji əhəmiyyəti artıb. Ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilib, yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı dövlət sosial yardımı genişləndirilib, aztəminatlı ailələrin təminatı daha da gücləndirilib.

Son 22 ildə dayanıqlı sosial təminat daha da möhkəmlənib, insanların sosial həyatında müsbət meyillər güclənib. 2003-cü ildən ötən dövrdə ölkə üzrə minimum aylıq əməkhaqqı 44,4 dəfə artırılaraq 400, minimum aylıq pensiya 16 dəfə artırılaraq 320 manata çatıb. Orta aylıq əməkhaqqı 14,2 dəfə artaraq 77 manatdan 1095, orta aylıq pensiya 22,6 dəfə artaraq 539, yaşa görə orta aylıq pensiya 23,1 dəfə artaraq 574 manata yüksəlib.

Son yeddi il ərzində 5 sosial islahat paketi icra edilib və islahatlar 4 milyon nəfəri əhatə edib. Bu sosial proqramların maliyyə tutumu təqribən 8 milyard manata yaxındır. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti həmin  məqsədlər üçün xərclənib və maaş, pensiya və müavinətlərin artımı təmin edilib. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2,2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə endirilib.

Bir məqamı da xüsusi olaraq nəzərə almaq lazımdır ki, Azərbaycanda artıq inflyasiya birrəqəmli həddədir, bu isə orta aylıq pensiya məbləğinin və digər sosial artımların artım tempinin inflyasiya rəqəmini üstələməsinə səbəb olacaq. Yəni artımlar nominal dəyər baxımından alıcılıq qabiliyyətinin yaxşılaşmasına imkan verəcək.

Beləliklə, ölkəmizdə əhalinin sosial rifahının yüksəldilməsi və pensiyaçıların maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil etməklə davamlı xarakter daşıyır. Son illər bu sahədə həyata keçirilən sistemli islahatlar və qəbul edilən qərarlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə formalaşdırılan sosialyönümlü inkişaf modelinin mühüm göstəricisidir. Bu baxımdan pensiyaların indeksləşdirilərək artırılması ilə bağlı növbəti qərar sosial müdafiə sahəsində ardıcıllığın və davamlılığın bariz nümunəsidir.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Mart 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri