Icma.az
close
up
RU
Orta Dəhliz: regional əməkdaşlıq və təhlükəsizlik üçün yeni strateji imkanlar

Orta Dəhliz: regional əməkdaşlıq və təhlükəsizlik üçün yeni strateji imkanlar

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN telekanalına verdiyi müsahibədə ölkəmizin beynəlxalq arenadakı strateji rolunu və iqtisadi inkişaf yönündə atılan mühüm addımları ətraflı şərh edib. Müsahibədə dövlətimizin başçısı Azərbaycanın qlobal və regional layihələrə verdiyi töhfələri xüsusi vurğulayıb.

Azərbaycanın Orta Dəhlizlə bağlı siyasəti iqtisadiyyatın diversifikasiyası və yerli istehsalın artırılması məqsədi daşıyır. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil: “Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Əlbəttə ki, sizin istinad etdiyiniz paneldən bəri bu sahədə, o cümlədən Çin-Azərbaycan münasibətlərində bir çox hadisələr baş vermişdir. Artıq qeyd etdiyimiz kimi, biz strateji tərəfdaşıq, lakin, eyni zamanda, Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir...”.

Ölkəmiz Orta Dəhliz vasitəsilə Asiya və Avropa arasında mühüm ticarət qovşağına çevrilib, bu layihə yeni iş yerlərinin yaranmasını və regional inkişafı təmin edir. Nəticədə, ölkəmiz yalnız tranzit xərcləri ilə deyil, həm də yüksək əlavə dəyər yaradan layihələrlə iqtisadiyyatını gücləndirir. Bu yanaşma, həmçinin Azərbaycanı qlobal logistika və ticarət şəbəkələrində mühüm aktora çevirir. Genişləndirilmiş infrastruktur və inkişaf etdirilən sənaye sahələri ölkənin beynəlxalq rəqabət qabiliyyətini artırır və uzunmüddətli iqtisadi sabitliyi təmin edir. Nəqliyyat dəhlizləri vasitəsilə Azərbaycan iqtisadiyyatını və regionlararası əlaqələri daha da gücləndirmək məqsədi ilə bu layihələrə ciddi sərmayə qoyuluşları həyata keçirir.

Hazırda Azərbaycan dəniz ticarət limanı və dəmir yolu infrastrukturunu genişləndirir, bu da növbəti 5-6 il ərzində 25 milyon ton yük qəbul etməyi mümkün edəcəkdir. Bu, ölkəmizin beynəlxalq ticarətdəki mövqeyini möhkəmləndirərək gələcəkdə həm iqtisadiyyat, həm də regionlararası əlaqələrin inkişafını təmin edəcəkdir. Prezident İlham Əliyev müsahibəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünün bütün ölkələr üçün əlavə imkanlar yaradacağına əminliyini ifadə edib: “Bir daha söhbət bağlantıdan, biznes imkanından, sabitlik və təhlükəsizlikdən gedir. Çünki hamımız bir-birimizdən asılı oluruq. Bizi birləşdirən vacib infrastruktur layihələri var. Bu, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün yaxşı bir mühitdir”.

Azərbaycan regional əməkdaşlıqda mühüm bir mövqeyə malikdir və bu, ölkənin iqtisadi inkişafı, sabitlik və təhlükəsizlik sahələrində qazandığı uğurları sübut edir. Dövlətin apardığı siyasət və həyata keçirdiyi strateji layihələr digər ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələr qurulması üçün mühüm imkanlar yaradır. Xüsusilə, Azərbaycan Şərqdən Qərbə, həmçinin Cənubdan Şimala gedən əsas tranzit dəhlizlərinin mərkəzində yerləşərək, regional əlaqələri möhkəmləndirən və qlobal iqtisadiyyatla inteqrasiyanı gücləndirən strateji layihələrin həyata keçirilməsini təmin edir. Bu layihələr Azərbaycanı digər ölkələr üçün həm iqtisadi, həm də siyasi baxımdan etibarlı tərəfdaş edir. Beləliklə, Azərbaycan həm öz inkişafını sürətləndirir, həm də regional və beynəlxalq əməkdaşlıqda sabitliyə töhfə verir.

Ölkəmizin yaşıl enerji sahəsində hədəfləri Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer tutan digər mühüm mövzudur. Dövlət başçısı qazıntı enerji növlərindən əldə edilən gəlirləri yaşıl texnologiya və enerjiyə yatırmağın vacibliyini vurğulayıb. Həmin sahədə ölkəmizin 2027-ci ilə qədər 2 giqavat, 2030-cu ilə isə 6 giqavat həcmində günəş və külək elektrik enerjisi hasil etmək məqsədi daşıdığı açıqlanıb. Bu, Azərbaycanda enerji sektorunda ciddi dönüş yaradacaq bir layihə olaraq həm yerli, həm də xarici investorların diqqətini cəlb edib. Çin texnologiyasının bu sahədə istifadə olunması və bu məhsulların keyfiyyətinin rəqabət qabiliyyətinin yüksək olduğunu qeyd olunub.

Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Liderin əsas vəzifəsi öz xalqına ədalətli olmaq və həqiqəti söyləməkdir. Liderlik yalnız idarəetmə bacarığı deyil, həm də vədlərə sadiqlik, prinsipiallıq və qətiyyət tələb edir. Azərbaycan təcrübəsi göstərir ki, uzunmüddətli və sabit idarəçilik, vətəndaşların etimadına əsaslanmalıdır. Dövlət başçısının “Beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin” çağırışı milli maraqlara əsaslanan siyasətin önəmini vurğulayır. Qlobal siyasətdə uğur qazanmaq üçün xarici təsirlərə qarşı müqavimət göstərmək və strateji hədəflərə doğru qətiyyətlə irəliləmək əsas şərtlərdən biridir.

Cənab İlham Əliyevin bu müsahibəsi Azərbaycanın müasir xarici siyasəti və iqtisadi inkişafının ən önəmli məqamlarını işıqlandırır. Dövlət başçısının vurğuladığı istiqamətlər Azərbaycanın yeni hədəflərə doğru irəliləyəcəyini göstərir. Bu yanaşma ölkənin qlobal məsələlərdə rolunun daha da əhəmiyyətli olacağını nümayiş etdirir.

Asif Əsgərov

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see216

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see193

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see155

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see153

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see145

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see141

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see135

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see134

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see133

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see133

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see132

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see129

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see126

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see125

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see124

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see121

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri