Icma.az
close
up
RU
Orta Dəhliz region ölkələri üçün iqtisadi əməkdaşlıq platformasına çevrilib ŞƏRH

Orta Dəhliz region ölkələri üçün iqtisadi əməkdaşlıq platformasına çevrilib ŞƏRH

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 oktyabr, Rabil Kətanov, AZƏRTAC

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) artıq yalnız Asiyadan Avropaya və əks istiqamətə yük daşımaq üçün yol deyil, eyni zamanda dəhliz boyu yerləşən dövlətlərin geniş əməkdaşlıq platforması kimi qəbul edilir. Buna misal olaraq Azərbaycan ilə Qazaxıstan arasında Orta Dəhliz üzrə əməkdaşlığı göstərmək olar. Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində “Samruk-Kazına” fondu ilə Azərbaycanın AZCON dövlət holdinqi arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması Avrasiya regionunda yeni nəqliyyat-tranzin zonasının inkişaf mərhələsinin başlanığıcı oldu. Bunun üçün əsas isə dəhlizin bu günə kimi fəaliyyəti dövründə yaradılıb. Təsadüfi deyil ki, 2025-ci ilin ötən 9 ayı ərzində Ələt limanından 6,1 milyon ton yük aşırılıb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çoxdur.

Azərbaycanın Ələt və Bakı Dəniz Ticarət limanları ilə Qazaxıstanın Aktau və Kurık limanları arasındakı əlaqələr, onların imkan və potensiaları yükdaşımaları daha çox artırır. Qazaxıstanın beynəlxalq nəqliyyat infrastrukturunun əhəmiyyəti ondan ibarətdir ki, Asiyadan Avropaya daşınan yüklər məhz bu ölkədə cəmləşir. Daha sonra isə TBNM (Orta Dəhliz) ilə Azərbaycana buradan da Avropaya nəql olunur ki, bu da hər iki ölkədə nəqliyyat infrastrukturunun, o cümlədən, dəniz və hava limanlarının, dəmir və avtomobil yollarının daha da genişləndirilməsini tələb edir. Azərbaycan beynəlxalq əhəmiyyətli infrastruktur layihələrinə daha birini də əlavə edir-Zəngəzur Dəhlizini.

Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin məlumatına görə, Zəngəzur Dəhlizinin tərkib hissəsi olan 140,6 kilometrlik Horadiz-Ağbənd dəmir yolunun tikintisinin 62 faizi başa çatdırılıb. Bu yol 9 stansiya, 4 tunel və 40 körpüdən ibarətdir. Bununla yanaşı 123,6 kilometrlik Horadiz-Ağbənd avtomobil yolunun da inşası davam edir. Texniki dərəcəsi 1B olan bu yolun eni 14-21 metr arasında dəyişir ki, bu da onun sürətli və təhlükəsiz olacağından xəbər verir. Azərbaycan perspektivə baxaraq bu yollarla daşınacaq yüklərin daha da artırılması üçün bu başdan imkanlar yaradır. Prezident İlham Əliyevin sülhə doğru addım ataraq Ermənistana bu dəhlizdən istifadə etməyə icazə verməsi və ilk olaraq Qazaxıstandan Ermənistanda maneəsiz taxıl nəql olunmasına imkan yaratması rəsmi Bakının məqsədinin regionda sülhə və iqtisadi inkişafa nail olmaq niyyətindən xəbər verir. Mütəxəssislərin təhlilinə görə, ilkin mərhələdə 15 milyon ton yük səviyyəsi olan Zəngəzur Dəhlizi təkcə Orta Dəhlizin deyil, eyni zamanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin də aparıcı seqmentinə çevriləcək. Bu halda da Azərbaycan Ermənistanın təcrid vəziyyətindən çıxmasına köməklik edəcək və beynəlxalq aləmə yol açıb ticarət əlaqələrini genişləndirəcək.

ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin üzvü, senator Stiv Deys bu günlərdə Vaşinqtonda “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşməsi” mövzusunda keçirilən konfransda çıxış edərək bildirib: “Həm Azərbaycan, həm də Ermənistan ABŞ ilə tərəfdaşlıq çərçivəsində sülh əldə etməyə qərara veriblər. Amerika diplomatiyası “Tramp marşrutu” (Zəngəzur Dəhlizi) konsepsiyasının reallaşmasına dəstək verir. Bu marşrut Naxçıvanı Azərbaycan ilə birləşdirməklə yanaşı, həm də yeni ticarət marşrutu yaradacaq. Bu marşrutdan təkcə Azərbaycan ilə Ermənistan deyil, regionun digər dövlətləri də fayda qazanacaq”.

Tarixi təcrübə göstərir ki, ABŞ-ın dəstəklədiyi regional layihələr mütləq reallaşır. Vaxtı ilə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri də ABŞ-ın siyasi dəstəyi ilə həyata keçirildi və Azərbaycan istehsal etdiyi enerji daşıyıcılarını dünya bazarına çıxardı.

Zəngəzur Dəhlizinin intensiv fəaliyyəti Mərkəzi Asiya respublikalarından-onların infrastruktur obyektlərindən, dəhlizi təşviq etmələrindən, özəl və dövlət sektorunda fəaliyyət göstərən nəqliyyat şirkətlərinin əməkdaşlığından da asılı olacaq.

Rusiya-Ukrayna müharibəsi və şimal dəhlizinin uzun və təhlükəli olmasını Mərkəzi Asiya dövlətlərinin diqqətini Orta Dəhlizə yönəldib. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin Qazaxıstana səfəri zamanı Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub.

Təqdimatda nəzərə çatdırılıb ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulandı ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.

Qazaxıstan hökumətinin hesabatına əsasən Abay vilayətində çəkilən dəmir yolu Qazaxıstanın Baxtı yaşayış məntəqəsi ilə Çinin Çuquçak məntəqəsini birləşdirəcək. Yol istismara verildikdən sonra iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 20, tranzit yükdaşımanın həcmi isə 48 milyon tona çatacaq. İki ölkəni birləşdirən dəmir yolunun tikintisi 2027-ci ildə başa çatacaq. Mütəxəssislərin hesabatına əsasən Baxtı-Çuquçak dəmir yolu istismara verildikdən sonra tranzit yükdaşımaların həcmi daha da artacaq. Çindən-Qazaxıstana tranzit yükdaşımaların artması Orta və Zəngəzur dəhlizlərinin də fəaliyyətini intensivləşdirəcək.

Beləliklə Azərbaycan dəyişən dünyada yeni çağırışlara cavab olaraq qeyri-neft sektorunun inkişafına nail olub və iki qitəni birləşdirən tranzit yollarını inkişaf etdirərək gələcəyə doğru inamla irəliləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Oktyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri