Icma.az
close
up
RU
Azərbaycanla Çin arasında səmərəli investisiya əməkdaşlığı

Azərbaycanla Çin arasında səmərəli investisiya əməkdaşlığı

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yenidən qurulan, zirvələri fəth edən Azərbaycan son 21 ildən artıq dövrdə bu xəttin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində özünü dünyaya qalib, bütövləşən ölkə kimi təqdim etdi. Azərbaycan xarici siyasətinin dəyişməz prinsipləri əsasında mövqeyini daha da möhkəmləndirir, etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanır. Dövlətimizin qarşılıqlı etimada, hörmətə əsaslanan siyasəti daim davamlı uğurlara yol açır.

Bunun bariz nümunəsi olaraq cari ilin 21 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının rəsmi xəbər agentliyi olan Sinxua agentliyinə verdiyi müsahibə, iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsini və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm bir hadisə kimi dəyərləndirilə bilər. Bu müsahibə, sadəcə informasiya mübadiləsi olaraq qalmaqla yanaşı, həm də iki ölkə arasında münasibətlərin dərinləşməsi, qarşılıqlı maraqların və gələcək əməkdaşlıq istiqamətlərinin aydınlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Müsahibədə Prezident İham Əliyev, Çin ilə Azərbaycan arasında əlaqələrin müxtəlif sahələrdə necə inkişaf etdiyini və bu münasibətlərin gələcəkdə necə daha da güclənəcəyinə dair konkret fikirlərini bildirib.

Prezident İlham Əliyev, həmçinin, Azərbaycan-Çin əlaqələrinin tarixini və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsini vurğulayıb. Həmin bəyannamə ilə, iki ölkə arasında qarşılıqlı hörmət və etimad əsasında qurulan münasibətlər, həmçinin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərilən hörmətin təməl prinsipləri olaraq bəyan edilib. Prezident, bəyannamənin imzalanmasının həm Çin, həm də Azərbaycan üçün əhəmiyyətli bir tarix olduğunu və bu, yeni səhifə açmaqla yanaşı, daha da dərinləşəcək əməkdaşlıq üçün geniş perspektivlər yaradacağını bildirib.

Azərbaycan ilə Çin arasında təkcə mövcud ticarət əlaqələri deyil, həm də gələcək inkişaf potensialı yüksək qiymətləndirilir. Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və hüquqi əsasların möhkəmləndirilməsi baxımından mühüm rol oynayır. Komissiyanın qəbul etdiyi qərarların vaxtında yerinə yetirilməsi isə bu sahədəki səylərin uğurla nəticələnməsinə zəmin yaradır.

Son illərdə isə Azərbaycanınla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Çin şirkətləri Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak edir. Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb. Həmçinin, Çin texnologiyalarının Azərbaycana gətirilməsi ilə, ölkəmiz dünyanın müasir texnoloji mərkəzlərindən birinə çevrilə bilər. Ümumiyyətlə bu strateji əməkdaşlıqdan hər iki ölkə faydalanacaq.

Rövşən ƏHMƏDOV,

YAP Ağcabədi rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Aprel 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri