Icma.az
close
up
RU
Ortaq dəyərlər + möhkəm zəmin = əbədi dostluq

Ortaq dəyərlər + möhkəm zəmin = əbədi dostluq

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan – Özbəkistan münasibətlərinin çağdaş durumu qardaşlığın yeni nümunəsidir

Son iki ildə dövlət başçılarının qarşılıqlı rəsmi və dövlət səfərlərinə, regional və beynəlxalq formatlı tədbirlərdə görüşlərinə və bu təmaslar zamanı verdikləri mesajlara diqqət yetirmək kifayətdir ki, Azərbaycan – Özbəkistan münasibətlərinin son illər Türk dünyasında ən sürətlə inkişaf edən və dərinləşən dövlətlərarası əlaqələrdən birinə çevrildiyinə əmin olasan. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin əhəmiyyəti barədə fikirlərimizi davam etdirəcəyik. Amma hələlik yaxın keçmişə qısa ekskurs edək.

Müstəqilliklərini qazanmış Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulsa da, bu iki xalqı əsrlərlə davam edən sarsılmaz dostluq və qardaşlıq telləri bir-birinə bağlayır. Ortaq tarixi, dini, mədəniyyəti və eyni soy-kökü bölüşən hər iki xalqın münasibətləri qədim dövrlərə gedib çıxır. Azərbaycan və Özbəkistan arasında münasibətlərin sovet dönəminə düşən mərhələsi də özünəməxsus xarakter daşıyırdı. Yaşlı nəslin yadında olar, özbək zəhmətkeşləri ilə Azərbaycan əməkçiləri arasında “sosializm yarışı” formasında təmasların özündə belə bir doğmalıq, etnik yaxınlıq çalarları özünü göstərirdi. Bu əlaqələri təcəssüm etdirən ekran əsərləri, xüsusilə bədii filmlər indi bizim üçün tamamilə fərqli zəmində dəyərə minir.

Hazırda qarşılıqlı etimad və ortaq strateji maraqlar üzərində qurulan əlaqələr artıq, sadəcə iki qardaş dövlət arasındakı ikitərəfli münasibətlər deyil, daha geniş regional əməkdaşlığın mühüm dayaqlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər Azərbaycan–Özbəkistan müttəfiqliyinin mövcud potensialının daha da genişləndirilməsi və strateji tərəfdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsi üçün geniş siyasi imkanlar yaradır.

Burada hadisələrin arasındakı birbaşa və ya dolayısı ilə əlaqəni ehtiva edən səbəb-nəticə kontekstində məntiqin bütün parametrlər üzrə özünü büruzə verdiyini görürük. Yəni tarixi zəminə söykənən Azərbaycan-Özbəkistan münasibətlərinin özünün hazırkı mərhələsinə çatması nəticə etibarı ilə tutarlı obyektiv səbəblərdən doğulub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu münasibətlər həm mənəvi, həm də maddi baxımdan möhkəm bir təmələ əsaslanır: “Dünya siyasətində belə bir sintezə nadir hallarda rast gəlinir, lakin burada o, mövcuddur”. Yəni bütün bu amillər – obyektiv tarixi səbəblərin sonda məntiqi nəticəyə çevriləcəyinə təbii zəmin hazırlamışdı. Məhz tarixi zərurət ikitərəfli əlaqələrin müttəfiqlik və qardaşlıq səviyyəsinə yüksəlməsini təmin etdi. İndi Azərbaycan – Özbəkistan münasibətləri təkcə tarixi və mədəni bağlarla deyil, eyni zamanda, geosiyasi, iqtisadi, nəqliyyat-kommunikasiya və təhlükəsizlik seqmentlərində də bir-birini tamamlayan strateji tərəfdaşlığa əsaslanır. İkitərəfli münasibətlərin bu səviyyəyə çatmasında prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasında şəxsi dostluq və etimad əlaqələrinin müstəsna rolu var. Əslində, bu amil çoxşaxəli xarakterə malikdir. Məhz qarşılıqlı inam və etimad liderlərə həm ikitərəfli münasibətlərdə, həm regional, həm də qlobal məsələlərdə çevik və effektiv koordinasiya qurmağı şərtləndirir. Son iki il ərzində qarşılıqlı beş səfərin baş tutması faktı qardaş ölkələr arasında siyasi dinamikanın intensivliyinin göstəricisidir. Prezident İlham Əliyevin balanslı, çoxvektorlu və milli maraqlara söykənən prinsipial xarici siyasəti sayəsində Bakı bir sıra qlobal güclərlə strateji əməkdaşlıq əlaqələri qurub və bunun sayəsində regional sabitliyin qorunmasında əhəmiyyətli rol oynayır. Dövlət başçımızın xarici siyasətində tarixi, mədəni və strateji baxımdan Azərbaycana yaxın regionlarla əlaqələrin keyfiyyətcə yeni müstəviyə transformasiyası prioritet təşkil edir. Bu uğurlu xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur. Bu baxımdan, son illər regionun dinamik inkişaf edən dövlətlərindən biri – Özbəkistanla əlaqələr böyük əhəmiyyətə malikdir.

***

Prezident İlham Əliyevin Daşkəndə səfərdən öncə Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində iki dövlət arasında münasibətlərin mahiyyətinə bu cür aydınlıq gətirdi: “İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb”.

2024-cü ilin avqustunda İlham Əliyevin Özbəkistana, 2025-ci ilin iyulunda isə Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərləri zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki güclü və suveren dövlət arasında müttəfiqliyi rəsmiləşdirmiş oldu.

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri iki qardaş ölkənin münasibətlərində yeni siyasi mərhələnin göstəricisidir. Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına qoşulması regionlararası əlaqələri daha da dərinləşdirir. Bakı və Daşkənd arasında artan siyasi həmrəylik isə regional sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə yeni imkanlar açır. Bu baxımdan Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri Şavkat Mirziyoyevin vurğuladığı kimi, tarixi əhəmiyyət daşıyır. Bu səfər bir daha göstərdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafında, Türk dünyasının vahid gücə çevrilməsində və qlobal proseslərə təsir imkanlarının genişlənməsində müstəsna rola malikdir.

Onu da qeyd etməliyik ki, Şavkat Mirziyoyevin yürütdüyü regional kurs Mərkəzi Asiyada yeni inteqrasiya mərhələsinin açılması, İlham Əliyevin regional siyasəti isə Cənubi Qafqazda sülh, əməkdaşlıq və inkişaf fəlsəfəsinə söykənir. Hazırda bu iki siyasi kursun kəsişməsi Azərbaycan–Özbəkistan müttəfiqliyinin məzmununu və xarakterini müəyyənləşdirən və gücləndirən amilə çevrilib. Məhz bu qardaşlıq tandeminin nəticəsində Mərkəzi Asiya və Cənubi Qafqaz arasında yeni əməkdaşlıq körpüsü salınır. Azərbaycanın Mərkəzi Asiyada və Türk dünyasında, bütövlükdə, qlobal düzəndə artan strateji rolu Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin beynəlxalq nüfuzunun və ona göstərilən yüksək ehtiramın ifadəsidir. Sülh və tərəqqi lideri olaraq Prezident İlham Əliyevin Daşkənddə mətbuata bəyanatında söylədikləri dünyanın müxtəlif ölkələrində böyük hörmət və ehtiramla qarşılandı.

Sonda bir məqamı da vurğulamaq istərdik: Azərbaycan və Özbəkistan arasında münasibətlərin çağdaş durumu bütün Türk dünyası üçün nümunəyə çevrilməlidir. Müttəfiqliyin qardaşlıqla daha möhkəmləndirilməsi, bunun əbədi dostluqla möhürlənməsi, sadəcə, bu günün deyil, gələcək nəsillərin arasında möhkəm bağların yaradılması mənasına gəlir.

Bəli, Azərbaycan və Özbəkistan eyni dəyərləri bölüşən, eyni regional hədəfləri olan, siyasi, iqtisadi və mədəni sahələrdə bir-birini tamamlayan, gələcəyə birlikdə addımlamağa qərarlı iki qardaş dövlətdir. Bugünədək uğurla həyata keçirilən birgə layihələr, davamlı diplomatik təmaslar və imzalanan yeni müqavilələr strateji tərəfdaşlığın bundan sonra daha da möhkəmlənəcəyinə, Avrasiya coğrafiyasında sabitliyə, təhlükəsizliyə və inkişafa yeni töhfələr verəcəyinə əminlik yaradır.

İ.HƏSƏNQALA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Avqust 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri