Icma.az
close
up
RU
“Bu dostluq əbədi və sarsılmazdır”

“Bu dostluq əbədi və sarsılmazdır”

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan və Pakistan dost, qardaş ölkədir. Ölkələrimiz arasındakı münasibətlər böyük tarixə söykənir. 1991-ci ildə müstəqilliyimizə yenidən qovuşandan sonra Pakistan müstəqilliyimizi ilk tanıyan ölkələrdən olub. Pakistan torpaqlarımızı işğal etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımayan qardaş ölkədir. 44 günlük Vətən müharibəsi dövründə də Pakistanın bir qardaş ölkə kimi bizə verdiyi siyasi və mənəvi dəstək qələbəmizi daha inamlı etməyə töhfə verib”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat əlavə edib ki, ölkələrimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 və başqa bir çox beynəlxalq təşkilatlarda təmsil olunur: “Biz beynəlxalq təşkilatlarda hər zaman bir-birinin mövqeyini dəstəkləyən dost ölkələrik. Bu illər ərzində dövlət başçılarımızın dəfələrlə qarşılıqlı səfərləri olub, ikitərəfli münasibətlərin inkişafına dair bir çox sənədlər imzalanıb. Ölkələrimiz strateji tərəfdaşdırlar. İqtisadi əlaqələrin genişlənməsi üçün potensial böyükdür və hökumətlərarası komissiyaların keçirdikləri mütəmadi görüşlərdə ticari-iqtisadi əlaqələrin genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılır. O cümlədən hökumətlərarası komissiyalarda qarşılıqlı investisiya imkanları da müzakirə olunur”.

A.Badamovun sözlərinə görə, Azərbaycan və Pakistan siyasi, iqtisadi, hərbi müdafiə, humanitar və mədəni sahələrdə əməkdaşlıq edir: “Azərbaycan Pakistanın çətin günlərində həmişə yanında olub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mütəmadi olaraq pakistanlı qardaşlara yardımlar edib. Həmçinin ali məktəblərimiz əməkdaşlıq edir və qarşılıqlı şəkildə ölkələrimizə həsr edilmiş kafedralar yaradılıb. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri çərçivəsində dövlət başçılarımız arasında ölkələrimiz arası əlaqələrin inkişafına töhfə verəcək bir çox məsələlər müzakirə olunur. Bəli, Azərbaycan və Pakistanın dostluğu əbədi və sarsılmazdır”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Fevral 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see265

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see248

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see241

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see235

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see226

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see225

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see199

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see195

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see184

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see181

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see180

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see178

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see176

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see174

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see171

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see169

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see166

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri