Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Çinlilərdən inqilabi neft emalı üsulu

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Ortaq türk tarixi layihəsi

Ortaq türk tarixi layihəsi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin paytaxtı Ankara şəhərində Beynəlxalq Türk Akademiyası türk dövlətlərinin tarixinə dair beynəlxalq seminar təşkil edib.

Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun nəzdindəki Türk Tarix Qurumunun evsahibliyi, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının dəstəyi ilə gerçəkləşən tədbirdə TDT-yə üzv ölkələrin tarix və arxeologiya sahələrinin aparıcı mütəxəssisləri iştirak ediblər.

Beynəlxalq seminarda türk tarixinə dair ortaq akademik işin konsepsiyası müzakirə edilib. Türk Dövlətləri Təşkilatının 2024-cü il noyabrın 6-da Bişkekdə keçirilən XI Zirvə görüşündə türk ölkələrinin ortaq tarixinin hazırlanması ideyası irəli sürülüb. Dövlət rəhbərlərinin göstərişi ilə irimiqyaslı layihənin koordinasiyası Beynəlxalq Türk Akademiyası tərəfindən həyata keçirilir.

Seminarı giriş nitqi ilə Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev açaraq layihəyə fəal dəstək verən bütün iştirakçılara təşəkkür edib, birgə fəaliyyətin vacibliyini vurğulayıb.

“Hətta bir ölkənin tarixi ilə bağlı araşdırma aparmaq heç də asan məsələ deyil. Bizim işimiz daha çətindir. Missiyamız qardaş xalqların və ölkələrin ümumi tarixini yazmaqdır”, – deyə bildirən akademik Şahin Mustafayev ilk addım kimi kollektiv monoqrafiyanın konseptual əsaslarının müəyyənləşdirilməli olduğunu vurğulayıb. O, əsərin həm akademik dərinliyə, həm də sadə üsluba malik olmasının vacibliyini qeyd edib. Bildirib ki, iş yalnız ciddi elmi xarakter daşımamalı, eyni zamanda, tələbələr və gənc tədqiqatçılar da daxil olmaqla geniş auditoriya üçün anlaşıqlı olmalıdır.

Onun sözlərinə görə, kollektiv monoqrafiyanın əsas məqsədi Türk dünyasının tarixinin əsas mərhələlərini işıqlandırmaq, qardaş xalqların ümumi tarixi şüurunun formalaşdırılması, xüsusən də gənclər arasında milli qürurun möhkəmləndirilməsi, həmçinin beynəlxalq arenada türk tarixi və mədəni irsinin tanıdılmasıdır.

Sonda Türk Akademiyasının prezidenti, TDT-yə üzv ölkələrin tarix və arxeologiya institutlarının rəhbərləri türk dövlətlərinin tarixi üzrə akademik işin ortaya qoyulması üçün əməkdaşlıq haqqında protokolu imzalayıblar.

Qeyd edək ki, tədbirdə TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun sədri professor Derya Örs, Türk Tarix Qurumunun sədri Yüksel Özgen və tarix elmləri doktoru Həsən Həsənov da iştirak ediblər.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see350

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see252

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see233

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see229

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see213

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see212

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see210

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see199

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see182

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see181

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see178

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see175

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see175

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see175

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see172

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see167

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see167

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see165

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see164

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri