Icma.az
close
up
RU
CASCFEN in “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi yekunlaşıb

CASCFEN in “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi yekunlaşıb

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin  (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihə yekunlaşır. Sentyabrın 17-də layihə çərçivəsində yekun tədbir keçirilib. 

Tədbirin giriş hissəsinin aparıcısı Serdar Serderan Şengül tədbiri açıq elan edib. Sonra Azərbaycan Respublikasının Gəncliyə Yardım Fondunda keçirilən tədbir Türk dünyasının birliyi üçün tarix boyu fədakarlıqlar edənlərin, o cümlədən dahi öndərlər Heydər Əliyev və Mustafa Kemal Atatürk başda olmaqla bütün türk böyüklərinin və 5 il öncə Türk dünyasını da şərəfləndirən Azərbaycanın Vətən savaşında qəhrəmanlıqla şəhid olan vətən övladlarının ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Sonra isə Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqalal Marşı oxunub.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və CASCFEN sədri və layihə rəhbəri Nadir Azəri salamlama çıxışı ediblər.

Ahmet Tecim belə bir layihənin Türk dünyası üçün önəmindən bəhs edib. Qeyd olunub ki, Gəncliyə Yardım Fondu hər zaman bu cür işlərdə ön sırada olub. A.Tecim Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın öncüllüyündə türk dünyasının ötən hər gün daha da gücləndiyini bildirib.

Nadir Azəri isə bildirib ki, 5 aylıq layhə çərçivəsində Türk dünyasının ortaq mirasının bu gündən gələcəyə daşınması üçün uşaq, yeniyetmə və gənclərə tövsiyyə xarakteri daşıyan məqalələr yazılıb, verilişlər hazırlanıb, tələbələr arasında yazı müsabiqəsi keçirilib. Ən əsası isə layihə çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətində Cümhurbaşqanlığında “Bizim ailəmiz türk dünyasıdır” mövzusunda konfransa, Manisada isə eyni mövzuda dəyirmi masa keçirilib. Bu günkü təbdirlə də layihəyə yekun vurulur.

Sonra layihə çərçivəsində Şimali Kiprdə və Manisada keçirilən təbdirlərdən görüntülərdən ibarətə videotəqdimat olub. Videotəqdimatdan sonra tədbirin moderator, Beynəlxalq Alaş Mükafatı laureatı Əkbər Qoşalı mövzu ilə bağlı məruzə edib.

Daha sonra ŞKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Əməkdar Jurnalist Elçin Mirzəbəyli, Milli QHT Forumunun İdarə Heyətini üzvü Zaur İbrahimli, BAYRAQDAR MEDİA-nın qurucusu və  baş redaktoru Azər Həsrət, millət vəkili, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü – Vüqar İskəndərovun məruzələri dinlənilib.

Məruzələr ətrafında çıxışlar zamanı  Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir, Qazaxıstan səfirliyinin müşaviri Yedil Mırzaxanov, KKTC-nin dövlət informasiya agentliyi TAK-ın İdarə Heyətinin üzvü Alihan Pehlivan, Layihənin eksperti, Türk dünyasının ortaq mirası üzrə araşdırmaçı Vəsilə Əkbərova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Ümid Mirzəyev və başqaları çıxış ediblər.

Çıxışlardan sonra layihəyə dəstək verən şəxslərə plaket və təşəkkür belgeleri təeqdim edilib. Bundan başqa layihə çərçivəsində Türkiyədə universitetlərdə təhsil alan türk dünyası tələbələri arasında “Bizim ailəmiz Türk dünyasıdır” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Onu da qeyd edək ki, tədbir çərçivəsində CASCFEN-lə İzmir Azərbaycan Dərnəyi arasında əməkdaşlıq protokolu imzalanıb.
Sonda xatirə fotosu çəkilib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 Sentyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see359

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see219

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see167

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see165

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see160

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see160

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see150

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see145

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see142

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see142

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see141

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see141

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri