Icma.az
close
up
RU
Orucluqda bu amillər artıq çəki almağa səbəb ola bilər Zakir Quliyev

Orucluqda bu amillər artıq çəki almağa səbəb ola bilər Zakir Quliyev

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Oruc tutmaq bir çox insan üçün arıqlama üsulu kimi qəbul edilsə də, əksər hallarda düzgün olmayan qidalanma səbəbindən artıq çəki almağa səbəb ola bilər”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev səsləndirib.

Onun sözlərinə görə, bunun əsas səbəbləri iftarda və imsakda həddindən artıq kalorili qidalar qəbul etmək, fiziki aktivliyin azalması və maddələr mübadiləsinin yavaşlamasıdır:

“Oruc tutan şəxslər sağlam qidalanma prinsiplərinə əməl edərək artıq çəki almadan Ramazanı keçirə bilərlər. İlk olaraq şəkərli və çox yağlı qidalardan çəkinmək tövsiyə olunur. Şirin və yağlı yeməklər gün ərzində enerjinin tez tükənməsinə və aclıq hissinin tez yaranmasına səbəb ola bilər. Kompleks karbohidratlara üstünlük verməklə (tam taxıllı çörək, yulaf, qəhvəyi düyü kimi qidalar) daha uzun müddət toxluq hissi yaranaq. Yumurta, az yağlı pendir, qatıq, toyuq və ya balıq əzələlərin qorunmasına və maddələr mübadiləsinin aktiv qalmasına kömək edir. İmsakda ən azı 2 stəkan su içmək gün ərzində susuzluğun qarşısını alır və maddələr mübadiləsini sürətləndirir”.

Mütəxəssis-ekspert qeyd edib ki, iftarı 1-2 ədəd xurma və 1 stəkan su ilə açmaq, sonra şorba və ya salat kimi yüngül qidalar qəbul etmək həzm sistemini qoruyur:

“Birdən-birə çox yemək olmaz. Sürətli və çox miqdarda yemək mədənin həddindən artıq yüklənməsinə və piylənməyə səbəb ola bilər. Kiçik porsiyalarla yemək məsləhətdir. Qızardılmış və yağlı qidalardan uzaq durmaq məsləhət görülür. Yağda qızardılmış qidalar yüksək kalorili olduğu üçün artıq çəkiyə səbəb ola bilər. Bunun əvəzinə sobada və ya buxarda bişmiş yeməklərə üstünlük verilməlidir.

Sadə karbohidratlar yerinə kompleks karbohidratlar (ağ çörək, ağ düyü və şəkərli qidalar) əvəzinə bulqur, tam taxıllar, tərəvəzlər) daha faydalıdır. Həddindən artıq şirniyyat qəbul etmək tövsiyə olunmur. Ramazan ayında şirin içkilər və desertlər çox istehlak olunur. Lakin şəkərli qidalar artıq çəkiyə və insulin səviyyəsinin kəskin yüksəlməsinə səbəb ola bilər. Əgər şirniyyat yeyiləcəksə, az miqdarda və yeməkdən sonra 1-2 saat gözləyərək qəbul edilməlidir”.

Z.Quliyev bildirib ki, iftardan sonra yüngül fiziki fəaliyyət vacibdir. Axşam yeməyindən sonra 30 dəqiqəlik gəzinti həzmə kömək edər və maddələr mübadiləsini sürətləndirər. Ağır idman məşqlərindən çəkinməyi məsləhət görürük. Oruc zamanı ağır məşqlər orqanizmi zəiflədə bilər. Bunun əvəzinə, yüngül aerobik hərəkətlər və ya yoqa seçilə bilər. Bundan əlavə, su qəbulunu gün ərzində bərabər paylamaq lazımdır: 2-2.5 litr su içmək həm maddələr mübadiləsini sürətləndirir, həm də aclıq hissini azaldır. Bu zaman şirin və qazlı içkilərdən uzaq durmaq məsləhət görülür. Bu içkilər təkcə artıq çəkiyə səbəb olmur, həm də susuzluğu artırır. Bunun əvəzinə, ayran, bitki çayları və ya limonlu su içmək daha yaxşıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Mart 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri