Icma.az
close
up
RU
Orxan Məmmədov: Çirkli pulların leqallaşdırılması xüsusilə kiçik və orta biznes üçün təhlükəlidir

Orxan Məmmədov: Çirkli pulların leqallaşdırılması xüsusilə kiçik və orta biznes üçün təhlükəlidir

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Çirkli pulların yuyulması yalnız hüquqi deyil, eyni zamanda institusional, iqtisadi və texnoloji aspektləri əhatə edən kompleks problemdir. Bu vəsaitlər investisiya, daşınmaz əmlak və istehsalat sahələrində formal biznes görüntüsü yaradaraq bazarda qeyri-bərabər rəqabət mühiti formalaşdırır".

Oxu.Az xəbər verir ki, bunu "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti" adlı beynəlxalq elmi-praktik konfransda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, bu vəziyyət xüsusilə kiçik və orta biznes üçün təhlükəlidir, çünki bu sektor çox vaxt hüquqi boşluqlara və nəzarətsiz əməliyyatlara daha həssas olur.

O.Məmmədov əlavə edib ki, çirkli pulların leqallaşdırılması bir neçə mərhələdə həyata keçirilir:

"Bu proseslər nəticəsində qanunsuz maliyyə axınları iqtisadi sistemə daxil olur və şəffaf fəaliyyət göstərən sahibkarlar üçün risklər yaradır".

O.Məmmədov, həmçinin bildirib ki, nəzarət orqanlarının potensial təhlükə riski yüksək olan əməliyyatlara fokuslanması, hüquq-mühafizə, bank sektoru və vergi xidmətləri arasında koordinasiyanın gücləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqi bu sahədə mübarizənin effektivliyini artırır.

Sədr qeyd edib ki, mikro və kiçik sahibkarların bu mövzuda maarifləndirilməsi onların təsadüfən cinayətkar şəbəkələrin bir parçasına çevrilməsinin qarşısını almaq üçün vacibdir:

"Bu məqsədlə KOBİA olaraq sahibkarlarla görüşlər keçirilir, onları qeyri-leqal fəaliyyətlərin riskləri barədə məlumatlandırırlar. Maliyyə savadlılığı, şəffaflıq və hüquqi təhlükəsizlik yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir".

Aləmdə Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 May 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri