Icma.az
close
up
RU
Статья не опубликована
Orxan Zeynalov: Azərbaycan regional enerji təhlükəsizliyinin gücləndirilməsi üçün qaz tədarükünü artırmağa hazırdır

Orxan Zeynalov: Azərbaycan regional enerji təhlükəsizliyinin gücləndirilməsi üçün qaz tədarükünü artırmağa hazırdır

Icma.az, Aznews.az saytına istinadən bildirir.

Azərbaycan böyük həcmdə təbii qaz ehtiyatlarına malikdir və daha geniş regional miqyasda enerji təhlükəsizliyinin gücləndirilməsi üçün tədarükü artırmağa hazırdır.

Bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov "Daha "yaşıl" gələcəyə innovativ yollar: bərpa olunan enerji mənbələri və emissiyaların azaldılması" mövzusuna həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan ənənəvi enerji resurslarının Avropa və dünya bazarlarına strateji tədarükçüsü olaraq qalır.

"Son dörd ildə biz Avropanın enerji sisteminə dəstəyimizi gücləndirmişik və töhfə verməyə davam edirik. İxrac tədarükünün daha da genişləndirilməsi üçün iki əsas şərt lazımdır: birincisi, beynəlxalq maliyyə institutların tərəfindən maliyyələşdirilmə və dəstək; ikincisi, uzunmüddətli sazişlər və alıcılar və tərəfdaşların zəmanətləri. Bu amillər, eləcə də etibarlı prosedur mexanizmləri olduqca önəmlidir. Azərbaycan böyük həcmdə qaz ehtiyatlarına malikdir və daha geniş regional kontekstdə enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə vermək üçün tədarükü artırmağa hazırdır", - O.Zeynalov qeyd edib.

O, eyni zamanda ölkənin "yaşıl enerji" layihələrinə fəal şəkildə sərmayə qoyduğunu vurğulayıb:

"Bu layihələr iqtisadiyyatın və enerji balansının şaxələndirilməsinə töhfə verməklə yanaşı, həm də böyük iqtisadi fayda gətirir. Birincisi, bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı iqlim dəyişikliklərinə qarşı dayanıqlılığı gücləndirir. İkincisi, bu, əvvəllər elektrik stansiyalarında istifadə olunan əlavə qaz həcmlərini yönəltməyə imkan verir. 2027-ci ilə qədər biz bərpa olunan enerji mənbələri sahəsində 10 layihə həyata keçirməyi planlaşdırırıq ki, bu da müəyyən edilmiş gücün təxminən 2 giqavatını və 2,7 milyard ABŞ dolları məbləğində investisiyanın cəlb edilməsini təmin edəcək".

O.Zeynalov əlavə edib ki, ölkə artıq inkişafın ikinci mərhələsinə keçib və bu çərçivədə təxminən 5 milyard kubmetr qazın cəlb edilməsi planlaşdırılır. Onun sözlərinə görə, 2030-cu ilə qədər BOEM çərçivəsində istehsal olunan enerjinin 65 %-nin ixrac edilməsi, 2027-ci ilə qədər isə dörd əsas strateji dəhliz üzrə növbəti addımların reallaşdırılması planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 07 Aprel 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see283

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see229

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see178

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see165

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see138

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see130

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see122

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri