Osaka şəhərində küçədə siqaret çəkmək qadağan edilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 fevral, AZƏRTAC
Yaponiyanın Osaka şəhərində küçədə siqaret çəkmək qadağan edilib.
AZƏRTAC xəbər verir ki, qərar Beynəlxalq sərgiyə (Expo-2025) hazırlıq çərçivəsində baş verib. İndiyədək 6 məhəlləni əhatə edən qadağa hazırda bütün şəhərə şamil edilir. Qaydanı pozanlar 1000 yen (təxminən 10 AZN) cərimə edilir.
Bundan başqa, restoranlarda da siqaret çəkilməsi qaydaları dəyişib. Sahəsi 30 kvadrat metrdən çox olan restoranlarda xüsusi ayrılmış yer olmadığı təqdirdə tütün məmulatlarından istifadə qadağandır. Ötən həftəyə qədər bu norma 100 kvadrat metr idi.
Qeyd edək ki, Osaka şəhəri 13 aprel-13 oktyabr tarixlərində “Expo-2025”ə ev sahibliyi edəcək.

Milanda küçədə siqaret çəkmək qadağan edilib AZƏRTAC
01 Yanvar 2025 03:47
Bu şəhərdə küçədə siqaret çəkmək… Qadağan ediləcək
18 Dekabr 2024 22:19
Yeni ildən küçədə siqaret çəkmək QADAĞAN EDİLƏCƏK
17 Dekabr 2024 10:07
İtaliyanın Milan şəhərində küçədə siqaret çəkmək QADAĞAN EDİLƏCƏK Xəbər saytı Son xəbərlər və Hadisələr
17 Dekabr 2024 12:00
Osakada siqaret çəkmək qadağan edilib
30 Yanvar 2025 22:57

