Icma.az
close
up
RU
Osakadakı milli pavilyonumuz Alman Dizayn Mükafatının qalibi oldu Foto

Osakadakı milli pavilyonumuz Alman Dizayn Mükafatının qalibi oldu Foto

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Yaponiyanın Osaka şəhərində keçirilən “Ekspo 2025” dünya sərgisindəki Azərbaycan pavilyonu Alman Dizayn Mükafatının (German Design Award) “Mükəmməl Memarlıq / Yarmarka və Sərgi” (Excellent Architecture / Fair and Exhibition) kateqoriyasında qalib seçilib. 

“Qafqazinfo” xəbər verir ki, 2012-ci ildə təsis olunan və beynəlxalq şöhrət qazanmış bu mükafat innovasiyaya təkan verən, dizayn vasitəsilə yeni perspektivlər açan layihələrə təqdim edilir.

Azərbaycan pavilyonunu ziyarət edən Alman Dizayn Mükafatının təmsilçiləri milli pavilyonumuzun konsepsiyasını yüksək qiymətləndirib, çox sayda ziyarətçinin marağına səbəb olduğunu qeyd edib və fantastik layihə kimi dəyərləndiriblər.   

Aprelin 13-dən oktyabrın 13-dək fəaliyyət göstərən “Ekspo 2025” dünya sərgisinin ümumilikdə 25 milyondan çox ziyarətçisi olub. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonu bu dəfə də ən seçilən və ziyarət olunan pavilyonlar sırasında yer alıb. Milli pavilyonumuz “Ekspo 2025” zamanı 2 milyondan çox ziyarətçi qəbul edib. Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından qaynaqlanmışdı. Burada Azərbaycanın zəngin mədəni irsi, texnoloji və davamlı inkişafa bağlılığı, eyni zamanda dialoqa açıqlığı nümayiş olunub. 

Qeyd edək ki, 2000-ci ildən Ekspo sərgilərində uğurla iştirak edən Azərbaycanın milli pavilyonları bu vaxtadək  müxtəlif mükafatlara layiq görülüb:

• “Milan Ekspo 2015” dünya sərgisindəki milli pavilyon İtaliyanın ətraf mühit və dəniz ehtiyatlarının mühafizəsi Nazirliyinin “Davamlı Ekspoya doğru” (“Towards a Sustainable Expo”) proqramı çərçivəsində “Dizayn və materiallar” nominasiyası üzrə mükafatla təltif olunub.

• “Antalya Ekspo 2016” beynəlxalq botanika sərgisindəki Azərbaycan pavilyonu eksteryer və interyer bağçası nominasiyasında birinci olub.

• “Astana Ekspo 2017”də  “Şərq dizaynı” nominasiyasında mövzunun geniş açıqlanması üzrə Azərbaycan pavilyonu gümüş mükafata layiq görülüb. 

• Azərbaycan milli pavilyonu eksteryer-interyer konsepsiyası və dizaynına görə “Pekin Ekspo 2019” sərgisində “Xüsusi mükafat”a (ikinci yer) layiq görülüb. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri