Osimhen milliyə çağrılmadı
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Nigeriya millisinin Antalyada keçiriləcək hazırlıq oyunları üçün genişləndirilmiş heyəti açıqlanıb.
QOL.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, Afrika təmsilçisinin heyətində Vilfrid Ndidi və Pol Onuaçu kimi tanınmış simalar yer alıb. Hazırlıq prosesi çərçivəsində yığmanın İran və İordaniya seçmələri ilə qarşılaşacağı gözlənilir. Lakin texniki heyətin açıqladığı siyahıda bəzi aparıcı futbolçuların adının olmaması diqqətdən yayınmayıb.
Ən çox müzakirə edilən məqam isə "Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhenin heyətə daxil edilməməsidir. Təcrübəli qolçunun yığmadan kənarda qalması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Nigeriya millisinin Antalyadakı təlim-məşq toplanışı qarşıdakı rəsmi turnirlərə hazırlıq məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 19 Mart 2026 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















