Icma.az
close
up
RU
Osimhen Qalatasaray a neçəyə başa gələ bilər?

Osimhen Qalatasaray a neçəyə başa gələ bilər?

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Viktor Osimhen ''Qalatasaray''ı çiynində daşımaqda və Türkiyə futbolunda fərq yaratmaqda davam edir.
''Football-plus.az'' xəbər verir ki, nigeriyalı forvard tək məhsuldarlığı ilə yox, həm də peşəkarlığı və komandası üçün can yandırması ilə də diqqət çəkir.
Amma Osimhen bilindiyi kimi müqavilə ilə ''Napoli''yə məxsusdu və Türkiyədə yalnız icarə əsasında top qovur. Mövsüm bitdikdən sonra o, İtaliyaya qayıtmalı olacaq. Ən son ''Fənərbaxça'' ilə səfər derbisində əla təsir bağışlayan və vurduğu qollarla ''sarı-qırmızılar''ı kubokda yarımfinala daşıyan Osimhenin daimi əsasda transfer edilməsi məsələsi yenidən gündəmə gəlib. Mövsümün gedişində ''Qalatasaray'' bir neçə dəfə ''Napoli'' ilə danışıqlar aparmağa cəhd etmişdi. Amma 26 yaşlı futbolçu üçün ''ortada dolaşan'' məbləğ Türkiyə futbolu üçün utopiya kimi səslənir. Təkcə ''Napoli''nin tələb etdiyi məbləğ 75 milyon avrodu!
Buna baxmayaraq Türkiyə mətbuatının yazdığına inansaq, ''Qalatasaray'' rəhbərliyi bu mövzunu gündəmdə saxlamaqda və Osimheni daimi əsasda transfer etməyin yollarını axtarmaqda davam edir. Başqan Dursun Özbək bu məsələ ilə yaxından maraqlanmaq və mümkün olan bütün variantları yoxlamaq üçün idarə heyətinin üzvü Abdulla Kavukcuya səlahiyyət verib.
Məlum olub ki, Osimhen ilə dördillik müqavilənin imzalanması ''Qalatasaray''a ən azı 135 milyon avroya başa gələcək! Bu məbləğin 65 milyon avrosu ''Napoli''yə ödəniləcək təzminatdı. Hərçənd neapolluların bu məbləğə razı olacağı böyük sual altındadı. Qalan məbləğ isə Osimhenin 4 illik maaşıdı. İstanbul nəhəngi sponsorlar dəstəyi ilə, eləcə də gələn mövsüm Çempionlar Liqasından əldə olunacaq gəlir ilə bu məbləğin altından qalxa biləcəyini düşünür. Osimhenin hər fürsətdəcə İstanbulda xoşbəxt olduğunu söyləməsi və klubu sevdiyini dilə gətirməsi də fanatları ümidləndirir. Nigeriyalı hər nə qədər Avropa nəhənglərinin hədəfində olsa da, onun Türkiyədə qalmaq ehtimalı da mövcuddu.
Osimhenin ''Qalatasaray''da indiyə qədər 32 rəsmi oyunda 28 qol, 5 məhsuldar ötürməlik mükəmməl performans sərgilədiyini bildirək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Aprel 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see322

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see302

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see280

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see275

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see265

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see263

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see248

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see234

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see226

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see217

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see217

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see214

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see212

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see210

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see208

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see195

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see182

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see173

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see163

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri