“Roma” “Çelsi”nin hücumçusunu istəyir: transferə keçmiş komanda yoldaşı kömək edə bilər
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Roma” qış transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün “Çelsi”nin futbolçusu Ceymi Gittensi heyətinə qatmaq istəyir.
İdman.Biz “Corriere dello Sport”a istinadən xəbər verir ki, İtaliya təmsilçisi 22 yaşlı ingiltərəli vingerin satınalma hüququ ilə icarəyə götürülməsi variantını nəzərdən keçirir. Müəyyən şərtlər yerinə yetirildiyi halda transferin məcburi satınalma ilə nəticələnməsi də mümkündür.
Roma klubunun rəhbərliyi yaydan bəri “Çelsi” ilə təmasdadır. İtaliyalılar futbolçunun London təmsilçisində kifayət qədər oyun vaxtı qazanmamasından yararlanmağa çalışırlar.
“Roma”nın bu transferdə əsas üstünlüklərindən biri Doniell Malen ola bilər. Niderlandlı hücumçu Gittenslə Dortmund “Borussiya”sında birlikdə çıxış edib. Klub rəhbərliyi Malenin keçmiş komanda yoldaşını Romaya gəlməyə razı sala biləcəyinə ümid edir.
Lakin Gittenslə “Napoli” də maraqlanır. Buna görə paytaxt təmsilçisini futbolçu uğrunda rəqabət gözləyir.
İngiltərəli vinger cari mövsümdə “Çelsi”nin heyətində yalnız İngiltərə Liqa Kubokunda iki qarşılaşmaya çıxıb və ümumilikdə 55 dəqiqə meydanda olub.
Qeyd edək ki, Gittens 2025-ci ilin yayında Dortmund “Borussiya”sından “Çelsi”yə keçib. Onun London klubu ilə müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” futbolçunun bazar dəyərini 25 milyon avro (50 milyon manat) qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 20 Noyabr 2026 04:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















