Osimhenin hamilə sevgilisi qəzaya düşdü FOTO
Icma.az, Moderator.az saytına istinadən bildirir.
"Qalatasaray"ın nigeriyalı futbolçusu Viktor Osimhenin sevgilisi Stefani Kim Ladeviqin idarə etdiyi avtomobil İstanbulun Eyüpsultan rayonunda üç avtomobilin iştirakı ilə baş verən qəzaya düşüb.
Moderator.az "A Haber"ə istinadən xəbər verir ki, Ladeviqin idarə etdiyi avtomobil döngəyə daxil olarkən qarşısındakı avtomobilə arxadan çırpılıb.
Zərbədən sonra avtomobil qarşı istiqamətdən gələn digər maşınla toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb, lakin avtomobillərə maddi ziyan dəyib.
Hamiləliyinin səkkizinci ayında olduğu bildirilən Ladeviq xəstəxanaya müraciət edib. Onun səhhətinin yaxşı olduğu bildirilib. Müayinələr başa çatdıqdan sonra Ladeviq xəstəxanadan evə buraxılıb.
Baxış sayı:80
Bu xəbər 14 Oktyabr 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















