“Oskar”ın kopyasını yaradırlar
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Xalq artisti, rejissor Nikita Mixalkov yeni yaradılan Avrasiya Kino Mükafatı – “Brilyant Kəpənək” mükafatının ilk təqdimat mərasiminin tarixini açıqlayıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, mərasim 2025-ci il noyabrın 27-də Moskvada, Mixalkovun rəhbərlik etdiyi “Masterskaya 12” teatrında keçiriləcək.
Avrasiya Kino Akademiyasının və bu mükafatın yaradılmasının təşəbbüskarı birbaşa Nikita Mixalkovdur. O bildirib ki, əsas mükafatın qalibi 1 milyon dollar ekvivalentində pul mükafatı qazanacaq, digər nominasiyalarda qaliblərə isə 250 min dollar veriləcək.
Təltiflər “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator işi”, “Ən yaxşı aktyor və aktrisa”, “Ən yaxşı ikinci plan aktyoru və aktrisası”, “Ən yaxşı bəstəkar”, “Ən yaxşı bədii rəhbər”, “Avrasiya məkanına daxil olmayan ölkənin ən yaxşı filmi” və “Dünya kinematoqrafiyasına töhfəyə görə” nominasiyalarında təqdim ediləcək.
Qeyd edək ki, bu mükafat “Rusiyanın Oskarı” adlandırılır. Daha əvvəl məşhur aktyor Stiven Siqal da layihəyə dəstəyini ifadə edib.
Baxış sayı:116
Bu xəbər 20 Oktyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















