Icma.az
close
up
RU
Niyə İlham Əliyevin Xankəndində xəstəxananı açması ilə Putinin milyarder “desant”ının həbsi üst üstə düşdü?..

Niyə İlham Əliyevin Xankəndində xəstəxananı açması ilə Putinin milyarder “desant”ının həbsi üst üstə düşdü?..

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xankəndində vaxtilə Rusiyanın erməni mənşəli milyarderi, Putinin Ermənistana hazırkı Baş nazir N.Paşinyanın devirmək məqsədi ilə göndərilmiş oliqarx "desant"ı sayılan Samvel Karapetyanın maliyyə dəstəyi ilə inşa edilmiş xəstəxananın İlham Əliyevin iştirakı ilə yeni funksional statusda istifadəyə verilməsi, eyni günlərdə isə həmin milyarderin İrəvanda yenidən həbs olunması regionun siyasi gündəmində diqqətçəkən paralel yaradıb.

Moderator.az araşdırmasından Ermənistanın “Past” qəzeti bu iki hadisə arasında siyasi əlaqə görür. Lakin məsələnin Azərbaycan üçün daha maraqlı tərəfi var: Qarabağda erməni silahlı qüvvələrinin təchizatına yardım göstərməkdə ittiham olunan Karapetyan hələ 2021-ci ildə Azərbaycan tərəfindən cinayət məsuliyyətinə cəlb edilib və beynəlxalq axtarışa verilib.

Xankəndindəki xəstəxananın yeni həyatı...

Noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib.

Rəsmi məlumata görə, klinikada hazırda 70 stasionar çarpayı, o cümlədən 5 reanimasiya çarpayısı mövcuddur. Yeni istifadəyə verilən təcili yardım şöbəsində isə əlavə 19 çarpayı və 5 əməliyyat zalı yaradılıb. Tibb müəssisəsinin 2027-ci ilədək 230–250 əməkdaşın çalışacağı müasir klinikaya çevrilməsi nəzərdə tutulur.

Ermənistan mediasının məlumatına görə, söhbət vaxtilə Samvel Karapetyanın maliyyə dəstəyi ilə tikilmiş və təchiz edilmiş, onun valideynlərinin adını daşıyan keçmiş Respublika Tibb Mərkəzindən gedir.

Beləliklə, vaxtilə erməni xeyriyyəçisinin vəsaiti hesabına yaradılmış tibb infrastrukturu hazırda Azərbaycan dövlətinin nəzarətində Qarabağ Universitetinin klinikası kimi fəaliyyət göstərir...

Ermənistan mətbuatı bu paraleli necə izah edir?..

Tert.am saytının 17 noyabr tarixli materialında “Past” qəzetinin “Nə üçün Əliyevin açılışı ilə Samvel Karapetyanın həbsi üst-üstə düşdü?” sərlövhəli yazısı dərc olunub. Erməni nəşri bu iki hadisəni simvolik baxımdan bir-birinə zidd proseslər kimi təqdim edir. Qəzetin fikrincə, Qarabağda erməni xeyriyyə vəsaitləri hesabına tikilmiş xəstəxananın Azərbaycan tərəfindən yeni statusda istifadəyə verilməsi erməni irsinin mənimsənilməsi və silinməsi kimi qiymətləndirilə bilər.

“Past”ın müəllifləri digər tərəfdən, həmin xəstəxananın tikintisinə vəsait ayırmış Karapetyanın İrəvanda həbsdə olmasını Ermənistanın suverenliyindən güzəştə gedilməsinə və Azərbaycanın diktə etdiyi siyasi gündəliyə qarşı çıxması ilə əlaqələndirirlər.

Qəzetin yazısında bu iki hadisə xarici təzyiqlə Ermənistan daxilindəki siyasi qərarların bir-birini tamamlaması kimi təqdim edilir. Müəlliflərin qənaətinə görə, regional yeni reallıqların qeyd-şərtsiz qəbuluna qarşı çıxan şəxslər hədəfə çevrilirlər. Əlbəttə, bu, Ermənistan mətbuatının siyasi qiymətləndirməsidir. Karapetyanın həbsinin məhz Azərbaycana qarşı mövqeyinə görə həyata keçirildiyini təsdiqləyən hüquqi fakt isə yoxdur...

Samvel Karapetyan Azərbaycanda hələ 2021-ci ildə beynəlxalq axtarışa verilib...

Məsələnin Azərbaycan üçün ən mühüm tərəfi isə Karapetyanın Qarabağdakı fəaliyyəti ilə bağlıdır. Azərbaycan Baş Prokurorluğunun 2021-ci ildə yaydığı rəsmi məlumata görə, “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Sarkisoviç Karapetyan, David Qalustyan və Ara Abramyan Ermənistan silahlı qüvvələrinin qanunsuz silahlandırılması və hərbi təchizatı ilə bağlı cinayət işində təqsirləndirilən şəxslər qismində cəlb ediliblər.

Baş Prokurorluğun məlumatında göstərilir ki, 2001–2021-ci illərdə Ermənistan silahlı qüvvələrinin təchiz edilməsi məqsədilə müxtəlif növ hərbi təyinatlı yüklərin qanunsuz əldə olunması və daşınması təşkil edilib.

Azərbaycan istintaqının versiyasına əsasən, bu fəaliyyət zamanı:

-İriçaplı odlu silahlar və döyüş sursatları qanunsuz əldə edilib;

-Hərbi təyinatlı partlayıcı maddələr və qurğular, o cümlədən raketlər tədarük olunub;

-Hərbi texnika və digər əsgəri ləvazimatların daşınması təşkil edilib;

-Hərbi yüklərin daşınmasında müxtəlif sərnişin təyyarələrindən istifadə olunub;

-Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus "İl-76 TD" yük təyyarəsi və Ara Abramyan tərəfindən alınmış "İlyuşin-76TD" təyyarəsi vasitəsilə daşımalar həyata keçirilib;

-Hərbi təyinatlı yüklərin Ermənistana, eləcə də Ermənistanın işğalı altında olmuş Azərbaycanın Qarabağ və ətraf rayonlarına qaçaq yollarla çatdırılması təşkil edilib.

Baş Prokurorluq bu əməllərlə bağlı cinayət işinin 28 aprel 2021-ci ildə başlanıldığını açıqlayıb.

Karapetyan Azərbaycan Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib:

100.1-ci maddə – təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama;

218.1-ci maddə – cinayətkar birlik yaratma;

228.3-cü maddə – mütəşəkkil dəstə tərəfindən qanunsuz silah və partlayıcı maddələr əldə etmə, saxlama və daşıma;

279.1-ci maddə – qanunsuz silahlı birləşmələr yaratma və onları hərbi vasitələrlə təchiz etmə;

206.4-cü maddə – mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq.

Azərbaycan Baş Prokurorluğunun açıqlamasına görə, Karapetyan barəsində həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarış elan edilib. Xarici ölkələrin müvafiq dövlət qurumlarına hüquqi yardım göstərilməsi ilə bağlı müraciətlər də göndərilib.

Beləliklə, Karapetyan barəsində Azərbaycanın cinayət işi onun Ermənistanda siyasi fəaliyyətə başlamasından xeyli əvvəl, Qarabağdakı hərbi təchizat fəaliyyəti ilə bağlı ittihamlar əsasında başlanıb.

Burada xüsusi vurğulamaq lazımdır ki, bunlar Azərbaycan istintaqının irəli sürdüyü ittihamlardır; Karapetyanın həmin əməllərə görə məhkəmə hökmü ilə təqsirli bilinməsi barədə məlumat yoxdur...

Putinin milyarder “desantı” və Ermənistanın daxili siyasi mübarizəsi...

Samvel Karapetyan Rusiyada böyük biznes imperiyası yaratmış “Taşir” şirkətlər qrupunun sahibidir. O, Rusiya biznes və siyasi dairələri ilə geniş əlaqələri olan rusiyalı erməni milyarder kimi tanınır. 2025-ci ilin iyununda Ermənistanın baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi ətrafında yaranmış qarşıdurma fonunda Karapetyan həbs edilmişdi. Onun kilsəyə dəstək ifadə edən çıxışından sonra hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı ittiham irəli sürülmüşdü. Karapetyan isə ittihamları rədd edərək təqibinin siyasi motivli olduğunu bildirirdi.

2026-cı il noyabrın 4-də onun barəsində yeni cinayət işi üzrə təqib başladılıb. Ermənistan İstintaq Komitəsinin iddiasına görə, “Ermənistan Elektrik Şəbəkələri” şirkətinə 64,585 milyard dramdan artıq ziyan vurulması, mənimsəmə və çirkli pulların yuyulması halları araşdırılır. Noyabrın 5-də məhkəmə Karapetyanı bir aylıq həbsə göndərib.

Karapetyanın tərəfdarları onun həbsini siyasi təzyiq kimi qiymətləndirirlər. Ermənistan hakimiyyəti isə cinayət təqibinin hüquqi əsaslara söykəndiyini bildirir.

Onun Rusiyadakı biznes əlaqələri və Moskva ilə yaxınlığı Ermənistanın daxili siyasi mübarizəsində əlavə geo-siyasi çalar yaradır. Karapetyanın birbaşa Putinin tapşırığı ilə fəaliyyət göstərdiyini təsdiqləyən açıq sübut olmasa da, son illər Ermənistanda xeyli hissəsi onun bilavasitə rəhbəliyi və maliyyəsi ilə revanşist və rusiyapərəst müxalif qüvvələrin gördükləri işlərin məntiqi ardıcıllığı barəsində “Putinin milyarder desantı” ifadəsi işlətməyə əsas verir...

Üst-üstə düşən hadisələrin siyasi mesajı nədir?

Xankəndindəki klinikanın yeni Azərbaycan səhiyyə və təhsil sisteminə inteqrasiyası ilə Karapetyanın İrəvanda həbs edilməsi arasında birbaşa əlaqə olduğunu sübut edən fakt yoxdur. Ancaq hadisələrin simvolik mənzərəsi diqqətəlayiqdir. Bir tərəfdə vaxtilə Qarabağda erməni hərbi-siyasi və iqtisadi sisteminin mövcudluğu dövründə yaradılmış infrastruktur Azərbaycan dövlətinin nəzarətində yeni funksional təyinat alır. Digər tərəfdə həmin ərazilərin hərbi təchizatı ilə bağlı Azərbaycan tərəfindən illər əvvəl cinayət məsuliyyətinə cəlb edilmiş rusiyalı erməni milyarder Ermənistanın daxili siyasi mübarizəsinin mərkəzində qalır.

Ermənistan mətbuatı bu mənzərəni siyasi təzyiq və suverenlik məsələsi kimi təqdim edir. Azərbaycan baxımından isə əsas məqam Qarabağda baş vermiş qanunsuz hərbi təchizatın təşkilində ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsidir.

Nəticə etibarilə, noyabrın ilk həftəsindəki bu hadisələr sadəcə iki təsadüfi xəbər deyil, Azərbaycan-Ermənistan münasibətlərinin, Qarabağdan sonrakı siyasi reallığın və Rusiyanın regiondakı təsir imkanlarının müzakirəsi baxımından diqqətçəkən mənzərə yaradır. Bütün hallarda Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan, Vitali Balasanyan, Samvel Babayan və s. Xocalı caniləri kimi, onlara maliyyə dəstəyi vermiş Samvel Karapetyan kimilər də Bakıda məhkəmə qarşısında cavab verməsinin təşkili  Azərbaycan dövləti və xalqı üçün prioritetdir...

S.Laçın

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Noyabr 2026 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri