Icma.az
close
up
RU
Öskürək 3 həftədən çox davam edərsə... HƏKİM MƏSLƏHƏTİ

Öskürək 3 həftədən çox davam edərsə... HƏKİM MƏSLƏHƏTİ

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“1 il öncə qrip keçirmişəm, ancaq hələ də öskürürəm”, “COVID-19-dan sonra öskürəyim bir daha keçmədi”. Bu kimi şikayətlərə son vaxtlar tez-tez rast gəlinir.

Bəs uzun müddət davam edən, xüsusilə də quru öskürəyin səbəbi nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-terapevt Sübhan Hacıyev bildirib ki, öskürək öz-özlüyündə heç bir xəstəlik deyil. O, daha çox virus mənşəli, bakterial, allergik və bəzən hətta mədə-bağırsaq xəstəliklərinin tənəffüs yolu sistemi vasitəsilə orqanizmdən kömək istədiyinin siqnalıdır. Öskürək isə bu siqnala cavab reaksiyasıdır.

“Bakterial və ya virus hissəcikləri aşağı tənəffüs yollarımıza düşdükcə, orqanizm onları bədəndən atmaq üçün öskürək refleksini işə salır. Nəticədə bu hissəciklər ətrafa yayılır və hava-damcı yolu ilə digər insanlara ötürülə bilir”, - deyə həkim bildirib.

Sübhan Hacıyev qeyd edib ki, bir öskürək 3 həftədən çox davam edərsə, bu, artıq xroniki xəstəlik hesab olunur və daha ciddi şəkildə araşdırılmalıdır. Bu kimi hallarda xəstələr mütləq şəkildə həkim-terapevtlərə və ya pulmonoloqlara müraciət etməlidirlər.

Həkimin sözlərinə görə, belə hallarda ağciyərlərin müayinəsi aparılmalı, rentgen çəkilməli və bəzi hallarda qan analizləri də tələb oluna bilər ki, xəstəyə dəqiq diaqnoz qoyulub müalicəyə başlanılsın.

Sübhan Hacıyev, həkim-terapevt

Terapevt aylarla davam edən öskürəyin bir neçə səbəbinə də toxunub:

“Bəzən allergik öskürəklər aylarla davam edə bilir ki, bu da müəyyən allergenlərlə təmas zamanı üzə çıxır. Allergiyanı tam şəkildə müalicə etmədikcə, öskürəkdən tam azad olmaq mümkün deyil.

Eyni zamanda reflüksiya-ezofaqit – yəni mədə turşuluğunun artması nəticəsində turşunun qida borusuna toxunması - boğazda qıcıqlanma yaradır və bu da quru öskürəyə səbəb ola bilər”.

Sonda həkim-terapevt vətəndaşlara xəbərdarlıq edərək bildirib ki, öskürək müşahidə olunduqda dərhal aptekə gedərək dərman almaq əvəzinə, həkimə müraciət edilməli və dəqiq diaqnoz əsasında müalicəyə başlanmalıdır.

Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Aprel 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri