Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Osman Kepenek: Orta Dəhliz Azərbaycanın regional liderliyini möhkəmləndirir

Osman Kepenek: Orta Dəhliz Azərbaycanın regional liderliyini möhkəmləndirir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 5 iyun, AZƏRTAC

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin yükdaşıma qabiliyyətinin illik 1 milyon tondan 5 milyon tona çatdırılması təkcə texniki nailiyyət deyil, həm də Azərbaycanın son onillikdə formalaşdırdığı genişmiqyaslı strateji baxışın mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin siyasi şərhçisi, “Akademik Araşdırmalar” beyin mərkəzinin prezidenti Osman Kepenek bildirib.

Onun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, iqtisadiyyatını yalnız neft, təbii qaz və digər təbii sərvətlər üzərində quran ölkələr uzunmüddətli perspektivdə müxtəlif iqtisadi risklərlə üzləşirlər. “Azərbaycan isə enerji resurslarından əldə olunan gəlirləri dayanıqlı iqtisadi modelin formalaşdırılmasına yönəltməklə mövcud üstünlüklərini uzunmüddətli inkişaf amilinə çevirməyə çalışır. Orta Dəhlizin inkişaf etdirilməsi və BTQ xəttinin daha yüksək yükötürmə imkanları ilə yenidən istifadəyə verilməsi də məhz bu iqtisadi strategiyanın konkret nəticələrindən biridir. BTQ artıq yalnız nəqliyyat və enerji marşrutu funksiyasını yerinə yetirmir, eyni zamanda, Azərbaycanın geostrateji mövqeyini gücləndirən mühüm siyasi alətə çevrilib. Azərbaycan özünü yalnız enerji ixrac edən ölkə kimi deyil, həm də Xəzər dənizinin şərq sahillərində yerləşən Mərkəzi Asiya dövlətləri və hətta Çin üçün əvəzolunmaz Şərq-Qərb nəqliyyat dəhlizi kimi mövqeləndirir”, – deyə Osman Kepenek bildirib.

O qeyd edib ki, dünya geosiyasətində baş verən dəyişikliklər bu strategiyaya əlavə dinamika qazandırıb. Rusiya-Ukrayna müharibəsindən sonra Rusiya ərazisindən keçən Şimal Dəhlizinin qlobal logistika baxımından etibarlılığı əhəmiyyətli dərəcədə zəifləyib. Təchizat zəncirlərində yaranan problemlər və beynəlxalq ticarət şəbəkələrində müşahidə olunan həssaslıq əvvəllər alternativ hesab edilən marşrutları əsas seçimlərdən birinə çevirib. Azərbaycan bu geosiyasi transformasiyanı vaxtında qiymətləndirərək nəqliyyat və logistika infrastrukturuna investisiyaları sürətləndirib. Orta Dəhlizin 2026-cı ilin fevralında keçirilmiş Münxen Təhlükəsizlik Konfransında Avrasiya bağlantıları, nəqliyyat şəbəkələri və təchizat təhlükəsizliyi ilə bağlı müzakirələrin əsas mövzularından biri olması da bunun göstəricisidir. Konfrans çərçivəsində aparılan müzakirələrdə Orta Dəhlizin Avropa ilə Asiya arasında iqtisadi və strateji əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətinə xüsusi diqqət yetirildi. Azərbaycan Prezidenti İlham Əliyev də layihəni regional əməkdaşlıq, iqtisadi inteqrasiya və sabitlik məqsədləri ilə əlaqələndirdi. Bu, Orta Dəhlizin yalnız nəqliyyat marşrutu deyil, eyni zamanda, regional əməkdaşlığı təşviq edən diplomatik və geosiyasi vasitə kimi qəbul olunduğunu göstərir.

FOTO

“Orta Dəhlizin qarşısında duran bəzi struktur problemlər də nəzərə alınmalıdır. Marşrutun əsas zəif tərəflərindən biri fasiləsiz quru və dəmir yolu bağlantısının tam formalaşmamasıdır. Şimal marşrutundan fərqli olaraq, Orta Dəhlizdə Xəzər dənizinin hələ də bərə vasitəsilə keçilməsi zərurəti mövcuddur və əlverişsiz hava şəraiti müəyyən hallarda yükdaşımaların tempinə təsir göstərə bilər. Həmçinin Xəzər hövzəsində limanların yükötürmə imkanlarının artırılması istiqamətində əlavə investisiyalara ehtiyac var. BTQ-nin potensialından tam istifadə olunması üçün rəqəmsallaşma prosesinin sürətləndirilməsi, gömrük prosedurlarının optimallaşdırılması və region ölkələri arasında koordinasiyanın institusional əsaslarla möhkəmləndirilməsi vacibdir. BTQ-nin modernləşdirilməsi Azərbaycan üçün iqtisadiyyatın şaxələndirilməsi, geosiyasi çəkisinin artırılması və regional inteqrasiyada aparıcı aktora çevrilməsi baxımından çoxşaxəli strateji addımdır. Yükötürmə qabiliyyətinin artırılması bu istiqamətdə atılmış mühüm mərhələdir”, – deyə Osman Kepenek bildirib.

O əlavə edib ki, növbəti mərhələdə Azərbaycan fiziki infrastrukturla yanaşı, institusional və rəqəmsal transformasiyanı da eyni strateji baxış çərçivəsində həyata keçirməlidir. Münxendə keçirilən görüşlər zamanı Prezident İlham Əliyev regional bağlantıların yalnız dəmir yolu layihələri ilə məhdudlaşmayacağını, eyni zamanda, Xəzər dənizinin dibi ilə fiber-optik kommunikasiya xəttinin çəkilməsi istiqamətində də işlərin aparıldığını bildirib.

Osman Kepenek sonda vurğulayıb ki, həyata keçirilən bütün bu layihələr nəticəsində Orta Dəhlizin funksionallığı daha da artacaq və Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birlikdə Azərbaycan Avrasiyanın yeni logistika memarlığının əsas dayaqlarından birinə çevriləcək.

Müxbir - Səbinə Əlizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri