Icma.az
close
up
RU
Osmanlı dövlətinin süqutunun baiskarı: O, 3 dəfə İstanbula... TARİX

Osmanlı dövlətinin süqutunun baiskarı: O, 3 dəfə İstanbula... TARİX

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

600 ildən artıq bir dövrdə dünya xəritəsində mövcud olan Osmanlı İmperiyası tarixin ən uzunömürlü və geniş əraziyə malik dövlətlərindən biri hesab olunur. Mövcudluğunun son dövrlərində rəqiblərindən texnoloji baxımdan geri qalan və hərb meydanında ciddi məğlubiyyətlərlə üzləşən imperiya üçün sonuncu zərbə Birinci Dünya Müharibəsinə qoşulması oldu.

Müharibəyə hazır olmayan Osmanlı dövlətini bu müharibəyə sürükləyən və sonda süqutuna bilavasitə baiskar olan şəxs isə Almaniya imperatoru II Vilhelmdir.

Milli.Az lent.az-a istinadən bu tarixi hadisəyə qısa nəzər salır.

19-cu əsrin əvvəllərində Osmanlı İmperiyası ciddi hərbi böhran yaşamağa başladı. 1833-cü ildə əlamətdar hadisə - Almaniya-Osmanlı hərbi əməkdaşlığına təkan verən səfər baş verdi. Sultan III Mahmud Helmut fon Moltkenin başçılıq etdiyi bir qrup alman hərbi mütəxəssisini İstanbula dəvət etdi. Bu andan etibarən Osmanlı ordusunda Almaniyaya meyllənmə başladı. Almanlar Osmanlı ordusunu yenidən təşkil etməyə və modernləşdirməyə başladılar, Osmanlı zabitləri Berlində təhsil almağa getdilər, bu da sonradan müntəzəm olaraq təlimə çevrildi.

Sultan II Əbdülhəmidin dövründə Almaniya Yaxın Şərqdəki müttəfiqinə daha çox diqqət yetirməyə başladı. Məsələ burasındadır ki, Afrikanın bölünməsinə gecikən almanlar itirilmiş vaxtın əvəzini çıxmaq üçün bütün gücü ilə çalışırdılar.

1882-ci ildə alman generalı fon der Qolts Osmanlı ordusunu modernləşdirmək və yenidən silahlandırmaq üçün Sultanın sərəncamına gəldi. Bu vaxt Almaniya taxtına çıxan imperator II Vilhelm Omsanlı İmperiyası ilə əlaqələrin daha da sıxlaşması üçün fəaliyyətə başladı. 1889-cu ildə o ilk dəfə İstanbula səfər etdi və Sulah Əbdülhəmidlə görüşdü. Həmin səfər 1890-cı ilin ən mühüm müqavilənin bağlanmasına töhfə verdi və bunun əsasında iki ölkənin qarşılıqlı iqtisadi əməkdaşlığı başladı. Sultan öz şəxsi maliyyəsini alman banklarına yerləşdirdi və alman hökuməti isə Osmanlı İmperiyasının Yaxın Şərq torpaqlarında dəmir yolu xətti çəkməklə infrastrukturuna investisiya qoymağa başladı. 1898-cu ildə yenidən İstanbula səfər edən II Vilhelm hərbi və siyasi əməkdaşlığın dərinləşməsinə nail oldu. 1903-cü ildə Bağdad dəmir yolu layihəsi həyata keçirilməyə başlandı. Həmin tarixi səfər zamanı Almaniya kayzeri Qüdsü ziyarət edir və müsəlmanlar üçün müqəddəs yerlərdə olur.

Osmanlı İmperiyası və Almaniya sıx inteqrasiya dövrünə qədəm qoyur, alman kreditləri Osmanlıya axır və eyni zamanda ilk türklər tütün sənayesində işləmək üçün Almaniyaya köçməyə başlayır. Osmanlı İmperiyasının hərbi modernləşdirilməsinin yeni mərhələsi alman generalı Otto Liman fon Sandersin Türkiyəyə ezam olunması və burda hərbi islahatlar aparması ilə davam edir. Osmanlı ordusu alman hərbi maşınının elementlərini götürür. Osmanlı İmperiyasının qaçmaq istədiyi, lakin bacarmadığı 1914-cü ildə başlayan Birinci Dünya Müharibəsi iki ordunu "hərbi qardaşlıq bağları"na birləşdirdi. 1917-ci ildə İmperator II Vilhelm üçüncü dəfə müttəfiqini ziyarət edir və Osmanlı generalı formasını geyinir. Osmanlını müharibəyə sürükləyən II Vilhelm əslində bu addımı ilə həm Osmanlı İmperiyasının, həm Almaniya İmperiyasının, həm də digər müttəfiqi Avtriya-Macarıstan İmperiyasının dünya xəritəsindən silinəcəyini təsəvvür belə etmirdi.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Dekabr 2024 03:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri