Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Osvald Şpenqlerdən İrakli Kobaxidzeyədək

Osvald Şpenqlerdən İrakli Kobaxidzeyədək

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaxud Avropa dəyərlərinin aşınması ilə bağlı

Alman filosofu, kulturoloq və yazıçı, mühafizəkar mədəni tənqidin məşhur simalarından biri Osvald Şpenqler “Qərbin süqutu” əsərində Avropa sivilizasiyasının daxildən tənəzzülə uğradığını və öz tarixi enerjisini itirdiyini yazırdı. Şpenqler hətta bir qədər ifrata vararaq bildirirdi ki, əgər Birinci Dünya müharibəsi olmasaydı, indiki Avropanın dəyərlər sistemi tamamilə sıradan çıxardı. Yəni savaş və onun gətirdiyi çətinliklər sistemin qorunması istiqamətində müqavimət formalaşdırdı. Amma məsələ yalnız bunda deyil və Şpenqlerin baxışlarına sonda qayıdacağıq.

Dahi Corc Oruel məşhur “1984” romanında demokratik şüarların arxasında nəzarət, manipulyasiya və fikir azadlığının məhdudlaşdırılmasını təsvir edir və dəyərlərin formal xarakter alması motivini qabardırdı. Digər ingilis yazıçısı və tənqidçisi Oldos Haksli 1932-ci ildə nəşr olunan “Cəsur yeni dünya” antiutopik romanında texnokratik və istehlakçı cəmiyyətin insani yanaşmaları aşındırmasının təsvirini verirdi. Onun əsəri texnoloji inkişafın, dövlət nəzarətinin və fərdi azadlığın itirilməsinin təhlükələrini tənqidi şəkildə araşdırır və bu baxımdan XX əsr ədəbiyyatının ən təsirli distopiyalarından biri sayılır.

Belə nümunələrin sayını artırmaq mümkündür, amma buna lüzum görmürük. Mövzumuz isə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Avropa strukturlarının rəhbərlərinə – Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə, Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koştaya və Avropa Parlamentinin rəhbəri Roberta Metsola ünvanladığı açıq məktubdur. O məktub ki, orada əksini tapmış fikirlər əvvəldə əsərlərini diqqətə çatdırdığımız müəlliflərin mövqeləri ilə səsləşir. Tam əminliklə demək olar ki, cənab Kobaxidzenin açıqladığı məqamlar özündə antiutopik ədəbiyyat və Qərbin dəyərlər böhranı mövzusunda yazılmış siyasi-fəlsəfi publisistika ovqatını daşıyır.

***

Beləliklə, İ.Kobaxidzenin məktubunun ümumi məğzi və məqsədi budur: Brüssel ikili standartlardan və Tbilisiyə təzyiq cəhdlərindən əl çəkməlidir. Obrazlı desək, öz gözündə tiri görməyənlər başqasının gözündə çöp axtarmamalıdır. Baş nazir son dərəcə haqlıdır. Əslində, o, haqlı cəhətləri açıqlamaq məcburiyyətindədir və bunu məktubunda bildirir. Çünki Qərbin Gürcüstan hakimiyyətinə qarşı qeyri-obyektiv mövqe tutduğu danılmazdır.

Əlqərəz, cənab Kobaxidze məktubunda bildirib ki, mədəni, tarixi və dəyərlər baxımından Gürcüstan Avropa məkanının bir hissəsidir, həmçinin Avropa İttifaqına üzvlüyə namizəd ölkədir və Avropa ailəsinin tamhüquqlu üzvünə çevrilməyə çalışır: “Təəssüf ki, Avropa bürokratiyasının Gürcüstana münasibətdə qəbul etdiyi qərar nəticəsində, sizin təşəbbüsünüzlə ölkəmizlə siyasi dialoq birtərəfli qaydada dayandırılıb. Bundan sonra isə bizim təklif etdiyimiz müzakirə və əməkdaşlıq formatları dəfələrlə rədd edilib”.

Gürcüstanın Baş nazirin bildirdiyinə görə, ölkəsinin Avropa İttifaqına qoşulmaq istəyi formal inteqrasiya arzusu ilə bağlı deyil və bu məqam dəfələrlə açıqlanıb: “Bizim xalq üçün Avropa, ilk növbədə, dəyərlər məkanı, əcdadlarımızın xristian əxlaqına, azadlığa, bərabərliyə, insan hüquqlarına hörmətə və demokratik prinsiplərə əsaslanan sivilizasiya seçimidir. Bizim üçün Avropa İttifaqı ümumi Avropa sivilizasiya məkanıdır, hansısa konkret siyasi xadimə, Avropa liderinə və ya avrobürokrata deyil, xalqlara, o cümlədən gürcü xalqına məxsus birlikdir”.

İ.Kobaxidze, eyni zamanda, yazıb ki, Avropa sivilizasiyasının bir hissəsi və Aİ-yə namizəd ölkə kimi Gürcüstanın Danimarkanın paytaxtı Kopenhagendə baş vermiş və “nə Avropa, nə də Avropa dəyərləri ilə heç bir əlaqəsi olmayan” narahatedici hadisələrlə bağlı sualları var. “Xanım Ursula, cənab Antoniu, xanım Roberta, sizə Avropa İttifaqının ali institutlarının nümayəndələri kimi müraciət edərək soruşuruq – Danimarkanın paytaxtı Kopenhagendə baş verən zorakılığı necə qiymətləndirirsiniz? Orada dinc nümayiş iştirakçıları əvvəlcə dəyənəklərlə döyülüb, sonra isə onlara qarşı itlərdən istifadə olunub. Polisin dinc nümayişçiləri amansızcasına dağıtdığını göstərən ağır görüntülər beynəlxalq ictimaiyyətə reallığı açıq şəkildə nümayiş etdirdi. Əgər uzun illər Avropa demokratiyanın, insan hüquqlarının, söz və fikir azadlığının, eləcə də digər fundamental dəyərlərin etalonu hesab olunurdusa, bu gün getdikcə daha aydın şəkildə əks tendensiya özünü göstərir. Mövcud vəziyyət Avropanın bu dəyərlərin qorunması deyil, onların görməzdən gəlinməsi və kobud şəkildə pozulması nümunəsinə çevrilməsi təhlükəsini yaradır”.

Gürcü Baş nazir vurğulayıb ki, Gürcüstan, eləcə də demokratik dəyərlərə sadiq istənilən ölkə üçün “həm Kopenhagendəki zorakılıq, həm də Avropa İttifaqının artıq əsas prinsipləri qorumaması qətiyyən qəbuledilməzdir”. O, bütün bunları nəzərə alaraq yeni suallar ünvanlayıb: “Bu cür zorakı hərəkətlər Aİ-nin daim vurğuladığı demokratiya və insan hüquqları standartlarına nə dərəcədə uyğundur? Avropa İttifaqının yüksəkvəzifəli rəsmiləri kimi, sizcə, demokratik geriləmə, iqtisadi durğunluq, miqrasiya böhranı, tarixi yaddaşın dəyərsizləşdirilməsi, milli və gender kimliyinin zəifləməsi, həmçinin ictimai özünəməxsusluğun dağıdılması ilə bağlı proseslər Avropanı hara aparır? İnkişafın, azadlığın və demokratiyanın nümunəsi sayılan Avropa necə oldu ki, bu qədər dərin dəyərlər böhranına düşdü və ümumiyyətlə, Avropa İttifaqı bu yolla hara gedir?”.

İrakli Kobaxidze, həmçinin bildirib ki, “bu gün Avropa İttifaqının cəmiyyətin təbii, mədəni və tarixi əsaslarını tez-tez görməzdən gəlməsi” kədərli və narahatedici faktdır. “Belə təəssürat yaranır ki, Avropa məkanı onu bütün dünyada demokratiya və insan hüquqlarının müdafiəsi simvoluna çevirən prinsiplərdən tədricən uzaqlaşır. Avropa ölkəsi və Avropa İttifaqına namizəd dövlət olan Gürcüstan sizdən aydın cavab gözləyir — Avropa İttifaqının planı nədir, birlik daxilində hadisələr hansı istiqamətdə inkişaf edir və təkcə bizim deyil, digər Avropa ölkələrinin əhalisinin və siyasi liderlərinin də açıq şəkildə danışdığı bu narahatedici proseslərin son nəticəsi nə olacaq?” – deyə gürcü hökumət başçısının açıq məktubunda vurğulanıb.

***

Əslində, cənab Kobaxidzenin diqqətə çatdırdığı fikirlərə şərh vermək niyyətində deyilik. Yalnız bir məqamı vurğulayaq ki, onun toxunduğu məqamlar son dərəcə aktualdır. Çünki Azərbaycan da Gürcüstan kimi, Avropa “demokratizminin” tənələri ilə üzləşib və üzləşməkdədir. Ona görə ümid edək ki, gürcü Baş nazirin vurğuladığı məqamları nəzərdən keçirən Avropa liderləri düşünəcək və “köhnə qitə”nin müxtəlif xalqlar üçün klassik nümunə sayılan obrazının sıradan çıxmasının, dəyərlərin deqredasiya məkanına çevrilməsinin qarşısını almaq yolunda əməli addımlar atacaqlar.

Sonda onu da bildirək ki, yazımızın lap əvvəlində fikirlərinə istinad etdiyimiz Osvald Şpenqler haqqında söz açdığımız “Qərbin süqutu” əsərində Qərb mədəniyyətinin tənəzzülünü iddia edərkən, prosesin qarşısını almaq, ya da ən azından onu ləngitmək üçün mühafizəkar və avtoritar idarəetmə rejiminin labüdlüyünü əsaslandırmağa çalışırdı. O, mədəniyyətləri üzvi olaraq yaranan, yetkinləşib böyüyən və sonda mütləq süquta uğrayan bioloji orqanizmlərə bənzədir və biologizm çərçivəsində tarix fəlsəfi model qururdu. Antidemokrat elitizmi və açıq-aşkar diktatura təşviqatı ilə tanınmış yazıçı uzun müddət Hitleri qəbul etməsə də, alman nasional sosializminin intellektual atası sayılır.

O.Şpenqler 1936-cı ildə vəfat etdi. Onun ölümündən cəmi 3 il sonra İkinci Dünya müharibəsi başladı. Sözümüz ondadır ki, indiki Avropanın ictimai-siyasi industriyasının Kobaxidzenin təsvir etdiyi hərəkət və davranışları tarixin təkrarlanma ehtimalı barədə fikir yürütməyə əsas verir. “Köhnə qitə”nin liderləri həm də bunu düşünməli, ümumi şəkildə desək, boşluqları doldurmalıdırlar. Necə deyərlər, müqəddəs yerlər boş qalmır. Dünyaya isə yeni hitlerlər lazım deyil.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 May 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see700

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see295

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see278

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see274

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see269

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see262

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see262

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see261

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see244

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see240

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see239

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see235

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see235

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see227

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see226

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see213

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see189

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri