Icma.az
close
up
RU
Otel otağına qədər qoyan kimi ilk işiniz bu olsun

Otel otağına qədər qoyan kimi ilk işiniz bu olsun

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Otel otaqlarına kart və ya açarla daxil olunduğu üçün otağın içində olarkən qapını kilidləyib özünüzü tam təhlükəsizlikdə hiss edə bilərsiniz. Lakin bu vəziyyətlə bağlı bəzi istisnalar mövcuddur. Otellərdəki təhlükəsizlik problemlərinə qarşı mütəxəssislər otağa girən kimi bu sadə, lakin olduqca effektiv üsulu tətbiq etməyi məsləhət görürlər.

Milli.Az xəbər verir ki, xüsusilə tək səyahət edənlərin, ezamiyyətə çıxanların və ya yeni bir şəhərə ilk dəfə gedənlərin otel otağına yerləşərkən ağlından həmişə eyni sual keçir: "Görəsən, bu otaqda həqiqətən təhlükəsizlikdəyəm?"

Son dövrlərdə sosial şəbəkələrdə baxış rekordu qıran və milyonlarla səyyahın həyatını asanlaşdıran bir üsul mütəxəssislər tərəfindən də bəyənilir. Otel otağına daxil olan kimi hamam otağından bir şüşə stəkan götürüb qapının dəstəyinə yerləşdirməkdən ibarət olan bu fənd, sıfır xərclə otağınızı yüksək texnologiyalı bir siqnalizasiya sisteminə çevirir.

Standart kilidlər hər zaman kifayət etmir
Otel otaqlarındakı standart kilidlər, müasir kartlı sistemlər və ya qapının arxasındakı o incə təhlükəsizlik zəncirləri təəssüf ki, hər zaman mütləq qoruma təmin etmir. Rəqəmsal sistemlərin manipulyasiya edilə bilməsi, otel personalının səhvən otağınıza girməyə çalışması və ya bədniyyətli şəxslərin xüsusi aparatlarla təhlükəsizlik zəncirlərini xaricdən açması kimi ssenarilər səyahət sevənlərin ən böyük qorxularındandır.

Təhlükəsizlik mütəxəssisləri bildirirlər ki, kənardan nə qədər peşəkar müdaxilə olursa-olsun, qapını açmaq üçün qapı dəstəyinin fiziki olaraq aşağı hərəkət etdirilməsi mütləqdir. Məhz qapı dəstəyinə yerləşdirilən sadə su stəkanı bu fiziki hərəkəti tutan, sındırıla və ya kiberhücuma məruz qala bilməyən mükəmməl bir mexaniki siqnalizasiya funksiyasını yerinə yetirir.

Cəmi 10 saniyəyə qurulan sistem
Bu praktik və həyat qurtaran təhlükəsizlik sistemini otel otağınızda qurmaq cəmi on saniyənizi alacaq. Sizə lazım olan yeganə şey demək olar ki, hər otel otağında standart olaraq tapılan iki ədəd şüşə stəkandır.

Otaqdakı şüşə stəkanlardan birini götürün və qapının daxili tərəfindəki qapı dəstəyinin tam üzərinə, tarazlıqda duracaq şəkildə yerləşdirin.

İkinci şüşə stəkanı isə birinci stəkanın tam altına elə qoyun ki, qapı dəstəyi aşağı hərəkət etdikdə üstdəki stəkan birbaşa onun üzərinə düşsün.

Əgər otaqda ikinci stəkan yoxdursa, stəkanın düşəcəyi yerə metal bir mini çay sinisi zibil qabı və ya bir neçə qəpik pul qoya bilərsiniz. Məqsəd düşən stəkanın daha böyük səs-küy yaratmasıdır.

Həm bədniyyətli şəxsləri təşvişə salır, həm də sizi oyadır
Sistem qurulduqdan sonra otağınızda tam rahatlıqla uyuya bilərsiniz. Kimsə kənardan qapını açmaq məqsədilə qapı dəstəyinə toxunduğu an, dəstəyin üzərindəki stəkan milimetrlik bir sarsıntı ilə tarazlığını itirir. Böyük bir səs-küylə altdakı stəkanın üzərinə düşərək qırılır.

Bu metodun rəqəmsal sistemlərdən daha çox üstünlük təşkil etməsinin əsas səbəbləri bunlardır:

Şüşə qırılmasının çıxardığı kəskin səs və metal cingiltisi, ən dərin yuxuda olan insanı belə saniyənin mində biri dərəcəsində sürətlə oyatmaq tezliyinə malikdir.

Bu ani və yüksək səs-küy təkcə sizi oyandırmır; dəhlizdə səssizcə iş görməyə çalışan bədniyyətli şəxslərin təşvişə düşərək sürətlə oradan uzaqlaşmasını təmin edir.

Bu sistem tamamilə texnologiyadan müstəqil işləyir. Elektrik kəsilməsindən, otelin zəif Wi-Fi siqnalından və ya telefonunuzun batareyasının bitməsindən əsla təsirlənmir. Fizika qanunları var olduqca, bu "stəkan siqnalizasiyası" qüsursuz işləyir.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 İyun 2026 08:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri