Ötən ay hərbi sahədə vəzifə səlahiyyətlərindən sui istifadə cinayətləri azalıb
Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.
Ötən ay hərbi sahədə qeydə alınan vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri azalıb.
Bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev mətbuata açıqlamasında deyib.
O bildirib ki, 2025-ci ilin yanvar ayında Hərbi Prokurorluqda qeydə alınmış cinayətlər 100 faizi açılıb:
"Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin, birgə səmərəli fəaliyyətin, o cümlədən görülmüş qabaqlayıcı tədbirlərin nəticəsində 2025-ci ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrində Əmri icra etməmə, Fərarilik, Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma, Maşınları idarəetmə və istismar qaydalarını pozma , Qəsdən sağlamlığa ağır zərər vurma və Qəsdən adam öldürmə cinayətləri qeydə alınmayıb".
Firad Əliyevin sözlərinə görə, görülən qabaqlayıcı tədbirlərin nəticəsində Silahlı Qüvvələrdə 2024-cü ilin eyni ayı ilə müqayisədə, 2025-ci ilin yanvar ayında qeydə alınmış vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 77,8%, rüşvət alma və rüşvət vermə cinayətləri isə 31,6% azalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 07 Fevral 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















