“Ötən il Almaniya ilə ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib”
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərbaycanla Almaniya arasında bu günə qədər 80 müxtəlif sənəd, saziş, razılaşma imzalanıb və qüvvədədir. Hazırda 10 sənəd üzrə işlər davam etdirilir”.
“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadefulla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib. Azərbaycanın Almaniyaya investisiyaları 950 milyon dollar, Almaniyadan ölkəmizə edilən yatırımlar isə 670 milyon dollar təşkil edib.
Nazir Azərbaycanda 208 Almaniya şirkətinin qeydiyyatdan keçdiyini, onlardan 210-nun aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
C.Bayramov həmçinin bu ildən Azərbaycandan Almaniyaya qaz təchizatına başlanıldığını və bununla da boru vasitəsilə 16 ölkəyə qaz təchizatının təmin edildiyini diqqətə çatdırıb.
Günel İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 18 Noyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















