Deputat elektrik avtomobillərinə tətbiq edilən vergidən danışdı
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bu gün dünya ölkələrinin böyük əksəriyətində elektrik avtomobillərin alışını stimullaşdırmaq üçün vergi ödənişindən imtina edilir. Elektrik avtomobili istehsal edən çox az sayda ölkələrdə bazarlarını qorumaq məqsədilə vergi var".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. O bildirib ki, Azərbaycanda keçən ilə qədər elektrik avtomobillərin gətirilməsinə vergi yox idi, amma bu ildən var:
"Verginin qoyulması ölkəyə gətirilən elektrik avtomobillərin qiymətinin yüksəlməsinə gətirdi və təbii ki, ölkəyə daxil olan elektrik avtomobillərin sayını azaltdı. Bu vergidən büdcəyə çox az vəsait gəlir. Digər tərəfdən elektrik avtomobillərin sayının, satış nöqtələrinin azalmasına, elektrikin və benzinin daha az istifadə olunmasına, təmir yerlərinin və iş yerlərinin azalmasına gətirib çıxardı və bunlarda büdcəyə daxil olan vəsaitlərin ciddi surətdə azalmasına gətirir. Eyni zamanda böyük şirkətlər müxtəlif yollar tapırlar ki, belə vergidən yayınsınlar. Bu da bir çox hallarda neqativ vəziyyətin yaranmasına səbəb olur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 18 Noyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















